Əlaqə Arxiv
news Image
2019.03.16
09:45
| A A A
Ermənistana Gürcüstandan vurulan Qarabağ zərbəsi
Qarabağ münaqişəsinin həllində ermənilərə dəstək nümayiş etdirilməməsi İrəvan yetkililərini məyus edir

Qarabağ məsələsində Azərbaycanın diplomatik gedişləri Ermənistanı siyasi cəhətdən çökdürür. Beynəlxalq aləmdə son vaxtlara qədər az-çox tərəfdar tapa bilən erməni işğalçıları daha işğalın gələcəyinə olan ümidlərini basdırmalı olurlar. Lakin İİ dünya müharibəsinin sonlarında böyük xülyaları yolunda törətdikləri cinayətlərə görə ədalət məhkəməsində yaxalarını qurtara bilməyəcəklərini bilən alman-faşistlər məhv olacaqlarının labüdlüyünə görə necə quduzcasına vuruşurdularsa, indi də ermənilər Qarabağın bir qarış torpağından da əl çəkmərik deyə-deyə mövqelərini itirməkdədirlər. Çünki, haqsızdırlar. Həm də işğal zamanı azərbaycanlılara qarşı soyqırımı cinayətində içştirak edənlər sağ olduğundan işğalın aradan qaldırılmasına quduzcasıına mane olurlar.

Bu günlərdə əvvəl Azərbaycana, bunun ardından bir neçə gün sonra Ermənistana səfər edən Gürcüstan prezidenti Salome Zurabişvili ilə söhbətlərdən sonra İrəvanda müzakirələr yenidən qızışıb. Bakıda Cənubi Qafqazın iki dost ölkəsinin - Azərbaycan və Gürcüstanın işğala məruz qalmasını dilə gətirən Zurabişvili İrəvanda bu mövzuda siyasi susqunluq nümayiş etdirib. Əslində bu, siyasi anlamda Bakı bəyanatının təsdiqi deməkdir. Hətta Ermənistan prezidenti Armen Sərkisyanın “Qarabağ münaqişəsinin həllinə başqa konfliktlər (təbii ki, Gürcüstan ərazilərinin ilhaqı nəzərdə tutulur-N.N.) kontekstində  yanaşmaq olmaz” sözləri qarşısında da gürcü lider aydın bir fikir söyləməyib. Nəzərə almaq lazımdır ki, siyasi diplomatiyanın narazılıq bildirən bir üslubu da susmaqdır, baxmayaraq ki, adi insani münasibətlərdə bu, razılıq əlaməti sayılır.

Salome Zurabişvili İrəvanda olduğu müddətdə Avroparlament Rusiya tərəfindən Ukraynanın, Moldovanın və Gürcüstanın ərazilərini ilhaq etməsinin birmənalı olaraq mühakimə edib. Beynəlxalq təşkilat bu münaqişələri birmənalı olaraq işğal adlandırır və xalqların öz müqəddəratını təyinetmə hüququnu heç xatırlatmır da. İndi ermənilər baş sındırırlar ki, nə üçün Zurabişvili Bakıda Qarabağın işğaldan azad edilməsinə ümid bəsləməsi haqda arzusunu bildirir, amma İrəvanda “öz müqəddəratını təyinetmə prinsipi” barədə kəlmə də kəsmir. Naira Ayrumyan adlı müəllif “Lragir” saytında dərc etdirdiyi yazıda alleqorik mənada soruşur: “İrəvan və Tiflisin vals oynamağına nə mane olur?” Ermənilər anlayırlar ki, erməni-gürcü münasibətləri məmurların pozitiv tonlarına rəğmən çətinliklə inkişaf edir. Belə görünür ki, özlərindənrazı ermənilər Azərbaycan amilini diqqətə almağı dilə gətirmək istəmirlər. Axı, Ermənistan Azərbaycanın düşməni, Gürcüstan isə dostudur. İndi gürcü lider sayəsində ayaqda qaldığı qonşu ölkənin başlıca probleminin həllində onun əleyhinə necə addım ata bilər? Həm də ədalət Azərbaycanın tərəfində ola-ola, torpağı işğal altına alınan Azərbaycan ola-ola.

Azərbaycanın çevik və hərarətli, real tarixi faktlara əsaslanan siyasətinin nəticəsidir ki, artıq Ermənistanın özündə belə erməni siyasilər ölkəmizin haqlı olmaları barədə az da olsa çıxışlar edirlər. “Past” qəzetinin yaydığı məlumata görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu günlərdə yerli telekanallardan birndə belə bir bəyanatla çıxış edib ki, “cəmiyyətləri sülhə hazırlamaq vaxtıdır və Azərbaycan xalqı sülhə hazırdır”. Onun bu bəyanatı erməni qaragüruhçuları ayağa qaldırıb. İrəvanda “Soros uşaqları” adlandırılan siyasi dəstədən bu, artıq ikinci addımdır ki, atılır. Cəmiyyət üzdə onları başa düşmədiyini qeyd etsə də, əslində ermənilər arasında bu cür fikirləşənlərin sayı artır. Axı, erməni cinayətkarlar azərbaycanlıların soyqırımını onların gözləri qabağında törədiblər, Azərbaycan torpaqlarını gizlində yox, açıqda zəbt ediblər. Erməni cəmiyyətini çökdürən də bu səbəblərdir.

N.NOVRUZ

 

 

Sizin Reklam Yeriniz