news Image
2019.03.15
16:22
| A A A
Mariya Zaxarova: "Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə ev sahibliyi etməyə hazırıq"

"Rusiya Azərbaycanla Ermənistanın xarici işlər nazirlərinin növbəti görüşünə ev sahibliyi etməyə hazırdır".

Movqe.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsüMariya Zaxarova bildirib.

Həmçinin M.Zaxarova məsələnin həssas və kəskin olması ilə yanaşı, bəzən KİV-də təhrif olunmuş məlumatları nəzərə almaqla tələsməməyin məsləhət olduğunu qeyd edib.

“Tərəflər vasitəçilik və ya görüş yeri ilə bağlı müraciət edəndə Moskva bunu həmişə hörmətlə nəzərdən keçirir”, - Rusiya rəsmisi vurğulayıb.