Əlaqə Arxiv
news Image
2019.03.16
17:16
| A A A
Prezident İlham Əliyev irlandiyalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İrlandiyanın Prezidenti Maykl Higginsə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, İrlandiyanın milli bayramı – Müqəddəs Patrik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İrlandiya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Sizin Reklam Yeriniz