Əlaqə Arxiv
news Image
2019.03.24
14:00
| A A A
Zakir Həsənov ABŞ-a gedəcək?
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirliyin nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə gedəcək. Müdafiə Nazirliyindən Movqe.az-a verilən məlumata görə, səfər çərçivəsində Müdafiə naziri Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Əməliyyatlarını yerinə yetirən ölkələrin Müdafiə nazirlərinin Nyu-York şəhərində keçirilən toplantısında iştirak edəcək. Müdafiə naziri general-polkovnik Z.Həsənovun BMT Baş Katibinin müavini - BMT-də Sülhməramlı Əməliyyatlar Departamentinin rəhbəri cənab Jan Pyer Lakrua və toplantıda iştirak edən digər ölkələrdən olan həmkarları ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə regional təhlükəsizlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsi, eləcə də ölkəmizin BMT-nin sülhməramlı əməliyyatlarda iştirakının gələcək perspektivləri müzakirə olunacaq.
Sizin Reklam Yeriniz