news Image
2019.04.15
12:45
| A A A
Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başlayıb

Rusiyanın paytaxtı Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.

Movqe.az-ın məlumatına görə, görüşün başlaması barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində qeyd olunub.

Bildirilir ki, görüş Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə keçirilir.