Əlaqə Arxiv
news Image
2019.04.16
09:45
| A A A
Faciələr üzərində qurulan siyasət
Radikal müxaliflər mənəvi problemlərin müzakirəsini sosial şəbəkələrdə siyasiləşdirməyə çalışırlar

Kim deyə bilər, dünyanın hansı ölkəsidir ki, həmin ölkədə intihar olmur, ailələr dağılmır, yeniyetmələr pis yola düşmür, oğurluq, qətl, dava-dalaş baş vermir? Varmı belə bir ölkə?! “Hə” cavabının verilməsi heç bir halda mümkün deyil. Bunu dünya üzrə aparılan statistika təsdiqləyir. Azərbaycan da istisna deyil.

İnkişaf etmiş və demokratiyanın “beşiyi” sayılan Fransada orta statitik göstəricilərə görı hər il təxminən 30 min nəfər intihar edir. Bu şəxslərin sırasında yeniyetmədən tutmuş yaşlı insanlara qədər müxtəlif təbiətli, müxtəlif dərdlərin daşıyıcısı olanlar var. Son illər Azərbaycanda da bu sahədə müəyyən “canlanma” var. Həyat inkişaf etdikcə sosial problemlərin çeşidi də genişlənir. Cəmiyyətdə demokratiyanın miqyası genişləndikcə, insanlar daha azad və sərbəst olduqca, dünyagörüşü inkişaf etdikcə arzular da genişlənir. Kimlərsə genişlənən istəklər fonunda ayağını yorğanına görə uzatmağı bacarır, kimlərsə daha geniş üfüqlərdə dayaq nöqtəsini qoruyub saxlaya bilir, kimlərsə də müvazinətini itirir, mənən yıxılır, həyatın dibinə yuvarlanır.

İndi insanların ünsiyyəti üçün nadir imkanlar yaranıb. İnternetin sosial şəbəkələrində milyonlarla insan danışır, dərdləşir, özünün və cəmiyyətin problemlərini müzakirəyə çıxarır, təkliflərini verir, təşəbbüslər göstərir, sevincini və kədərini paylaşır. Bu, tamamilə normal haldır. Lakin bu konteksdə normal olomayan, yəni süni surətdə kütlənin axınını formal olaraq başqa istiqamətə yönəltməyə çalışanlar da var. Özünü müxalifət adlandıran bir qrup sosial şəbəkə iştirakçısı məhz bu yolu tutub, insanların qarşılaşdıqları dərdləri siyasiləşdirib özlərinə xal qazanmağa çalışırlar.

İndi bizim spsial şəbəkələrdə məktəbli qız Elinanın intihar səbəbləri istifadəçilər tərəfindən ciddi müzakirə obyektinə çevrilib. Təbii prosesdir, çünki yeniyetmə qız, hələ həyatın mənasını tam dərk etməyən məktəbli könüllü surətdə həyatına son qoyub. Çox ağrılıdır, deyilmi?! Onun yaxınları, rəfiqələri, hətta tanimayanlar belə hadisədən depressiyaya düşüb, sarsılaraq həyacan içərisində olay barədə fikirlərini bölüşür, rəy verir, bildiyi səviyyədə kimlərisə günahlandırır, mühakimə edir, hətta hökm verir.  

Ancaq müxaliflər, şəbəkə mətbuatı hadisələri gərginləşdirərək insanları siyasi istiqamətə yönəltməyə çalışıır. “İntihar edən məktəbli rəfiqəsinin fəryadı”, “Şok,şok, şok...” və sairə başlıqlarla qızışdırıcı mövqe sərgiləyənlər öz məqsədlərini həyata keçirmək üçün cəmiyyətdə daha çox, daha güclü təbəddülatın başverməsi üçün dəridən-qabıqdan çıxırlar. Məsəl var, deyir, “bulanıq suda balıq tutmaq asandır”. Bu, doğru deyimdir, amma təbii olanda. Qeyri-təbii, süni surətdə suyu bulandırıb balıq tutmağa çalışanlar mütləq qərəzə əsaslanır. Məktəbli Elinanın faciəsi fərdi deyil. İndi cəmiyyətdə onun taleyini yaşayanlar çoxdur. Bədbəxtlərin hərəsi bir cür bədbəxtdir. Amma onların bədbəxtliyi üzərində axtarılan siyasi maraq daha böyük bədbəxtçilikdir.     

Sosial şəbəkə maarifləndirici rol oynamalıdır. Elinanın rəfiqələrindən biri sosial şəbəkədə  həyacan içərisində bildirir ki, rəfiqəsi ona intihar edəcəyini deyirmiş və bu hadisədə nə qədər insanı günahlandırır. Ancaq şəbəkə istifadəçiləri arasından, o cümlədən hadisə haqda hər gün yeni məlumatlar verməyə çalışan mediada yeniyetmə qıza bir nəfər də olsun izah etmir ki, axı, sən bunu bilirdinsə, niyə hadisədən əvvəl susurdun, ailələri, sosial şəbəkəni ayağa qaldırmırdın? Əgər məsələyə bu meyarla yanaşılsa idi, yəqin ki, intiharın qarşçısı alınardı. Ancaq, sonradan yanıqlı danışmağın heç bir faydası yoxdur.

Güründüyü kimi, bu, bir mənəvi dramdır və siyasiləşmə çərçivəsinə daxil ola bilmir. Amma zorla bu faktla cəmiyyəti çaxnaşdırmaq istəyi yalnız səbatsız təşkilatların işidir. Özünə güvənən, istər siyasi, istərsə də qeyrisi, heç bir təşkilat belə vəziyyətdən istifadə etmək fikrinə düşməz.

N.NOVRUZ

 

 

Sizin Reklam Yeriniz