Əlaqə Arxiv
news Image
2019.04.15
18:39
| A A A
Azərbaycan-Ermənistan XİN rəhbərlərinin və ATƏT Minsk qrupu həmsədrlərinin birgə bəyanatı yayılıb

Azərbaycan, Ermənistan, Rusiya XİN rəhbərlərinin, eləcə də ATƏT Minsk qrupu həmsədrlərinin birgə bəyanatı yayılıb.

Movqe.az bu barədə ATƏT-ə istinadən məlumat verir.

Sənəddə qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Vyana sammitində əldə olunmuş razılığa uyğun olaraq görüş iştirakçıları sərhəddə və təmas xəttində vəziyyət, həmçinin humanitar sahədə əlaqələrin perspektivinə dair müzakirə aparıblar.

Bundan başqa bildirilir ki, münaqişənin həlli ilə bağlı əsas aspektlər istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.

Sizin Reklam Yeriniz