Əlaqə Arxiv
news Image
2019.04.18
13:33
| A A A
NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru Hərbi Akademiyada olub

Ölkəmizdə səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yan Broeks öncə şəhidlər xiyabanını ziyarət edərək Vətənimizin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyub.

Müdafiə Nazirliyindən Movqe.az-a verilən məlumata görə, sonra Silahlı Qüvvələrin Hərbi Akademiyasında olan fəxri qonaq bir sıra görüşlər keçirib. General-leytenant Y.Broeks şəxsi heyət qarşısında NATO-nun layihə və proqramları, NATO-Azərbaycan əməkdaşlığının istiqamətləri mövzusunda çıxış edib və görüş iştirakçılarının suallarını cavablandırıb.

Azərbaycan-NATO əlaqələrini yüksək qiymətləndirən NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru, sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni, Alyansın tədbirlərində Azərbaycan hərbçilərinin fəal iştirakını və hərbi qulluqçularımızın hazırlığını xüsusi vurğulayıb.

Sizin Reklam Yeriniz