Əlaqə Arxiv
news Image
2012.05.04
11:15
| A A A
Çini insan hüquqlarının müdafiəsinə çağırır

Mövqe.az "Associated Press"ə istinadən bildirir ki,  Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Hilari Klinton cümə axşamı günü Çinə üz tutaraq insan hüquqlarını qorumağı bildirib.

Klinton xarici siyasət və iqtisadi problemlərlə bağlı danışıqların açılışında bildirib ki, "Bütün dövlətlər vətəndaşlarının istəklərinə cavab verməlidir və heç bir millət qanunun aliliyini və hüquqları inkar edə bilməz."

Çinin Prezidenti Hu Jintao isə danışıqların açılışında bildirib ki, "Çin və ABŞ razılığa gəlmədiyi anda belə bir-birinə qarşılıqlı hörmət etməlidirlər."

Prezident açılış mərasimində televiziyaya yayımlanan canlı bağlantıda bildirdi ki, "Biz müxtəlif milli şəraitlərə malik olduğumuzdan, problemlərə eyni gözlə baxmaq qeyri mümkündür.Biz mümkün qədər qarşılıqlı anlaşılmanı yaxşılaşdırmaq üçün fərqləri idarə etməliyik, bununla da bu fərqlər Çin-ABŞ əlaqələrindəki maraqları sarsıtmayacaq.


Ziba Yusifova

Movqe.az


Sizin Reklam Yeriniz