Əlaqə Arxiv
news Image
2019.04.23
08:00
| A A A
Radikal müxalifət yenə "5-ci kolon" rolundadır
Xalq-iqtidar birliyi, Azərbaycanın inkişafı bu cür destruktiv qüvvələrə ən böyük zərbədir

Siyasi və iqtisadi münasibətlərin birliyini ehtiva edən beynəlxalq siyasətin Cənubi Qafqaz qolunun lideri Azərbaycan Respublikasıdır. Bu gün bunu inkar edən nə siyasi, nə iqtisadi, nə di mənəvi qüvvə var. Çünki, həqiqətdir və qitələrarası coğrafi qovşaqda yerləşən ölkəmizin sanbalı və nüfuzu bu reallığın işığında parlayır.

Gözqamaşdırıcı rəqəmlərlə ifadə olunan Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Xalqın rifah halı günbəgün yaxşılaşır. Dövlət xalqa xidmət edir, xalq da dövlətini müdafiə edir, iqtidarla əhalinin biriliyi getdikcə möhkəmlənir. Ona görə ki, xalq dövlət rəhbərini gerçək əsaslarla seçib. Bu gün seçicilər öz seçimlərindən razıdırlar. Çünki, dövlət başçısı verdiyi sözləri tutur və vaxtında bütün vədlərini yerinə yetirir.

Azərbaycan dünyanın mühüm nəqliyyat qovşaqlarından biridir. Şərq-Qərb nəqliyyat dəhlizi ilə Çənub-Şərqi Asiyanın Avropa ilə, Şimal-Cənub nəqliyyat dəhlizi ilə Asiyanın şimalının cənubu və perspektivdə Afrika qitəsi ilə birləşməsində mühüm məntəqədir. Dəmiryollar, su yolları və avtomobil yolları ölkələrarası yükdaşımaların uğurla yerinə yetirilməsinə öz töhfəsini verir. Nəqliyyat dəhlizlərinin işi getdikcə təkmilləşir, dünya standartları səviyyəsinə yüksəlir və beynəlxalq qloballaşma prosesinə müsbət təsir göstərir.

Azərbaycan dünya iqtisadiyyatının əsasını təşkil edən enerji daşıyıcılarının hasilatı, email və ixracı ilə məşhurdur. Ölkənin neft və neft məhsullarına dünyanın dörd bir yanında tələbat var. Avropa kimi inkişaf etmiş nüfuzlu regionun enerji təhlükəsizliyində ölkəmiz özünəməxsus əhəmiyyətli rol oynayır.

Azərbaycan sosial mahiyyətli dövlətdir.  Təkcə bu ilin əvvəlindən həyata keçirilmiş sosial paket layihəsi ölkə əhalisinin yarısını əhatə edib və ardıcıllıqla davam edir. Ölkətə işsizlik və yoxsulluq kiçik faizlə ifadə olunur. Lakin bu fakt da diqqətdə saxlanılır və məqsəd ümumiyyətlə işsizliyin və yoxsulluğun tam aradan qaldırılmasıdır. Lakin dövlət imkansızların tələbatını sosial müavinətlər hesabına qarşılayır və vətəndaş məmnunluğunu təmin edir. Xalq gələcəyə ümidlə yaşayır. Aparılan tikinti-quruculuq işləri, salınan sənaye şəhərcikləri, aqroparklar, texnoparklar, xarici iqtisadi əlaqələrin intişarı ilə yaradılan birgə müəssisələr, sahibkarlıq fəaliyyəti üçün ölkədəki əlverişli mühit həyatın dinamikasını artırır, əhali daha çevik və işgüzar həyat yaşayır. Bu da Azırbaycanda xalqla iqtidarın birliyini sarsılmaz edir.

Yaxın aylarda Azərbaycanla Avropa İttifaqı arasında yeni əməkdaşlıq sazişinin imzalanması gündəmdədir. Təqdirəlayiq hal odur ki, böyük siyasi təcrübəyə malik Aİ-nin təklifi ilə birgə hazırlanan bu sənədin xarakteri Azərbaycanın təşəbbüsü ilə ikitərəfli münasibətlər sahəsində bərabərhüquqluluğu təmin edən, qarşılıqlı hörməti beynəlxalq normalar çərçivəsində quran məzmundadır. Yəni, baxmayaraq ki, ölkəmiz Aİ ilə müqayisədə ərazi və əhalinin say etibarı ilə kiçikdir, bu iki subyekt arasında münasibətlər iki müstəqil tərəfin hüquqları hüdudunda təsbit edilir. Məlumdur ki, Azərbaycanın bu gün ən böyük və ağrılı problemi ərazisinin bir hissəsinin işğalda olmasıdır. Amma inkişafımızı qəbul etməyən və ya sadəcə çirkin siyasət yürüdərək hansısa siyasi və iqtisadi basqılar sayəsində dividentlər qazanmağa çalışan xarici qüvvələr yerli səbatsız insanları ələ alaraq onların vasitəsilə bütün görülən işlərə kölgə salmağa, ölkədə qarışıqlıq yaratmağa, gərgin zəhmət hesabına cəmiyyətimizdə yaradılmış sabitliyi və əmin-amanlığı pozmağa çalışırlar. “Bizim” "5-ci kolon"  bu işdə həmin qüvvələrin əlində yaxşıca alətə çevrilib. Məlum məsələdir ki, xarici pozucu qüvvələrin arxasında duran təşkilatlardan biri də erməni lobbisi və diasporudur. Antimilli ünsürlər isə düşmənin ianəsilə vətənə şər-böhtan atmaqdan çəkinmir, bununla da milli identikliklərini şübhə altına salırlar. Çünki, vətənini sevən vətəndaş düşmən dəyirmanına su tökməz. Amma bəziləri Azərbaycanda sabitliyi pozmaq, ölkəmizin inkişafı qarşısında əngəllər yaratmaq istəyirlər. Bu məqamda isə "5-ci kolon"a əl atırlar. Çox təəssüf ki, Azərbaycanda olan dağıdıcı, radikal müxalifət nümayəndələri, Azərbaycandan çıxıb haradasa hansısa yolla sığınacaq almış şəxslər bu işdə ölkəmizə düşmən qüvvələrə, anti-Azərbaycan şəbəkəyə dəstək verirlər, qrant üçün, orada yaşamaq üçün Azərbaycanın milli maraqlarına qarşı çıxırlar. Azərbaycanı, belə demək mümkünsə, boğa bilməyənlər, inkişafına mane ola bilməyənlər bu qüvvələrə tapşırıqlar verir, onları aktivləşdirirlər. Amma mənası yoxdur, çünki Azərbaycan xalqı özü də bu məsələlərdə böyük təcrübə toplayıb, öz Prezidenti ətrafında birləşib. Xalq-iqtidar birliyi, Azərbaycanın inkişafı bu cür destruktiv qüvvələrə ən böyük zərbədir və onlar heç zaman öz niyyətlərini həyata keçirə bilməyəcəklər. Çünki xalq buna özü müqavimət göstərir, onların qarşısını özü alır.

N.NOVRUZ     

 

 

Sizin Reklam Yeriniz