news Image
2019.05.15
08:00
| A A A
AXCP və Milli Şuranın genişlənən antimilli fəaliyyəti
Elçin Mirzəbəyli: “ Əli Kərimli xarici ölkələrin vəkili missiyasını üzərinə götürərək, daha öncədən AXCP-nin élan etdiyi ideoloji prinsiplərə faktiki olaraq xəyanət etdi ” Məmməd Əlizadə: “AXCP və Milli Şura adlanan qurumlar hələ də milli dəyər və maraqlardan deyil, şəxsi maraqlardan çıxış etməkdə davam edirlər”

Azərbaycan müxalifətinin müəyyən kəsiminə aid olan azsaylı qrupların və konkret fərdlərin sərgilədiyi siyasi davranış milli maraqlara qarşı çevrilmiş antimilli fəaliyyətə ən xarakterik nümunədir.

Bura xüsusən də AXCP və Milli Şura aiddir. BAXCP sədrinin müavini Elçin Mirzəbəylinin fikrincə, AXCP və Milli Şura xarici qüvvələrin əlində alətə çevrildiyindən sürətlə antimilli ünsürə çevrilirlər: “Əslində, radikal müxalifətin antimili ünsürə çevrilməsi məsələsi yeni deyil. Onların antimilli ünsürə çevrilmələri Azərbaycan Xalq Cəbhəsi Partiyası adlanan, əslində isə Əli Kərimlinin bundan başqa bir işi olmayan təşkilatının öz prinsip və ideyasından uzaq düşməsindən başlayıb.

Əli Kərimli xarici ölkələrin vəkili missiyasını üzərinə götürərək, daha öncədən AXCP-nin élan etdiyi ideoloji prinsiplərə faktiki olaraq xəyanət etdi. Bu aspektdən məsələyə nəzər salsaq  vaxtilə həmin qrupun hansı istiqamət götürdüyü, hansı inteqrasiya prosesindən söhbət getdiyi halda daha sonra Əli Kərimli və Milli Şura adlanan qrupun  faktiki olaraq Azərbaycanın Konstitusion dünyəvi quruluşuna qarşı çıxan qüvvələrlə yaxından əməkdaşlıq etməyə başladığını görürük. Hətta onlar ölkədə qanunsuz yollarla hakimiyyəti dəyişməyə yönəlik çıxışlar edən, Azərbaycanın Konstitusion dövlət quruluşun qarşı terrora yol verən, dövlət təmsilçilərinə qarşı silah işlədən şəxslərin müdafiəsinə qalxdılar və onlarla bir platformaya qədəm qoydular. Bu da onların faktiki olaraq, öz korporativ maraqları üçün élan etdikləri ideoloji prinsiplərdən imtina etdikləri anlamına gəlir.  Sözügedən qüvvələrin antimilli ünsürlərə çevrilməsi prosesinin kökü və mahiyyətində bunlar dayanır.

Bu marginal qrupun məqsədi Azərbaycanda yalnız siyasi proseslər dövründə mövcudluğunu qoruyub saxlamaqdan başqa bir şey deyil. Məsələnin mahiyyətində bu amillər dayanır. Radikal müxalifətin mütəmadi olaraq Azərbaycan əleyhinə çıxış etməsi  əslində, dövlətimiz əleyhinə olan, ölkəmizə qarşı dayanan xarici qüvvələrin dəstəyini qazanmaq niyyəti daşıyır. Çünki yaxşı başa düşürlər ki, ölkə daxilində onların hər hansı bir dəstəyi yoxdur”. 

 Politoloq Məmməd Əlizadə bildirdi ki, radikal müxalifət şəxsi maraqları dövlət maraqlarından üstün tutduqlarından antimilli ünsürə çevrilib: “Kimliyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı üçün milli maraqlar şəxsi, korrporativ maraqlardan öndə olmalıdır. Lakin təəssüf edirəm ki, ölkəmizdəki bəzi qüvvələr öz şəxsi ambissiyaları naminə hətta mili, dövləti maraqları belə satmağa hazırdırlar.

Azərbaycan bildiyimiz kimi, yaxın günlərdə daha bir möhtəşəm tədbirə ev sahibliyi edəcək. Futbol üzrə UEFA Avropa Liqasının final oyunu Bakıda keçiriləcək. Buna görə hər bir azərbaycanlı qürur durmalıdır. Çünki belə mötəbər idman yarışlarına ev sahibliyi etmək Azərbaycanın, dövlətimizin qüdrəti, nüfuzunun göstəricisidir. Hakimiyyət iddiasında olan hər bir siyasi qüvvə üçün də dövlətin qüdrəti, nüfuzu öndə olmalıdır. Bu istiqamətdə əldə olunan uğurlardan hamımız qürur duymalıyıq. AXCP və Milli Şura adlanan qurumlar hələ də milli dəyər və maraqlardan deyil, şəxsi maraqlardan çıxış etməkdə davam edirlər . Göründüyü kimi radikal müxalifət bu fonda sərgilədiyi davranışla yenə də milli maraqlara qənim kəsildiklərini ortaya qoydular. AXCP və Milli Şura adlanan qurumlar hələ də milli dəyər və maraqlardan deyil, şəxsi maraqlardan çıxış etməkdə davam edirlər. Bu fonda da onlar xaricdəki Azərbaycana düşmən olan qüvvələrin əlində oyuncağa çevrilirlər. Belədə onlardan qrant almaqla Azərbaycan dövləti, və milli maraqlarımız əleyhinə çıxış edirlər. Amma nə qədər çabalasalar da, çirkli niyyətlərinə çata bilməyəcəklər. Çünki ölkəmizdə xalq-iqtidar birliyi mövcuddur və bu birlik möhkəm tellərə söykənib”.

R.SOLTANOV