news Image
2019.05.16
16:55
| A A A
Əli Əhmədov radikal müxalifətə səsləndi: Böyük faciədir

İstərdim ki, radikal müxalifət “Radikal müxalifət” adını öz üstündən götürsün.

Movqe.az-ın məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib.

Ə.Əhmədov deyib ki, dünya radikallıqdan həmişə ziyan çəkib:“Müxalifəti xalq tərbiyəli etməlidir. Çünki onlar xalqdan səs gözləyirlər. Xalq isə səsini kimə vermək lazım olduğunu hamıdan yaxşı bilir. Dünyanın hər bir yerində radikallıqdan həm cəmiyyət, həm xalq, həm də dövlət həmişə ziyan çəkib.

Mən istəməzdim ki, Azərbaycanın müxalifətinin hansısa bir hissəsi radikal olsun, təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi müxalifət dairələri radikallığı ilə, bəlkə də, fəxr etmək dərəcəsində səhvə yol verir”.

“Radikallıq böyük bir faciə və nöqsandır. Bunun aradan qaldırılması Azərbaycan xalqının və vətəndaşlarının üzərinə düşən vəzifədir”, - deyə Əli Əhmədov qeyd edib.