Əlaqə Arxiv
news Image
2019.05.18
09:45
| A A A
Əli Kərimlinin mühacir biznesi tam ifşa olunur
Müxalifətin xaricdəki “dayaqları” saxta sənədlərlə oturum alıb vətəni satanlardır

Bir məsəldə deyilir ki, “atalar üçəcən deyib”, yəni, hər hansı bir işi görəndə üç dəfə cəhd et, alındısa söz yox, alınmadısa daha həmin yoldan çəkinmək məsləhətdir. Amma 30 ildir ki, özünə müxalifətçi deyənlər var ki, indiyə qədər hətta əlinə düşən fürsətlərdən də yararlanıb xalq üçün nə isə etməyib, ancaq di gəl, müxalifətçi qılafından çıxmaq istəmir ki, istəmir. Belələrinin bir nömrəli “nümunəsi” AXCP-nin sədri deyilən Əli Kərimlidir.

Yaşlı nəsil bu adamın müxalifət sıralarına “məcməidə gətirilən plov nimçəsi” kimi necə qoşulduğunu yaxşı xatırlayırlar. O, müxalifətə qoşulmamışdı, onu bu sıraya qoşmuşdular. Çünki, həmin vaxtlar böyük işlər üçün o, uşaq idi və yönəldici olmadan çətin ki, bir iş görə biləydi. Təsadüfi deyil ki, cəbhəçilərin birillik hakimiyyəti dövründə bu “uşaq” Prezident Aparatında məsul vəzifəyə oturdulur. Lakin nə fayda? Həmin bir ildə nə bir iş görür, nə də qeyri-bir işi ilə yadda qalır. Ona görə ki, “özü-sözü olmayan” adamdır. Elə belələrinə görə də cəbhə hakimiyyəti uzun sürmədi və hakimiyyətdən qaçandan sonra əsil simalarını biruzə verdilər.

Neçə illərdir ki, vaxtaşırı Əli Kərimlinin mühacir biznesi haqda mətbuatda ciddi, tutarlı faktlarla tənqidi materiallar dərc olunur. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin xarici ölkələrdə “siyasi sığınacaq” statusu almaq istəyənlərə saxta partiya arayışını satmasına dair sosial şəbəkələrdə  kifayət qədər sənədlər yayıb.
N.Orduxanlı yaydığı sənədlərə şərhində qeyd edib ki, Əli Kərimli arayışları 2500-3000 avroya Hollandiyada yaşayan, “Azadlıq” qəzetinin və “Azərbaycan saatı” verilişinin müxbiri Fikrət Hüseynli ilə əlbir olaraq satır: “Özünə yaxşı biznes qurub. Dəfələrlə bu yönümdə mətbuatda çıxışlarım olub. Bu da faktlar. Yaydığım sənədlərə diqqət edin. AXCP-nin təşkilat şöbəsinin müdiri Saqif Qurbanovun imzası və partiyanın möhürü ilə (partiyanın möhürü həmişə Əli Kərimli də olub) 12 may 2014-cü ildə partiyanın Nizami rayon şöbəsinə üzv olmuş Əzizov Vüqar Əlverdi oğlunun qeydiyyatda olduğunu, onun üzv olduğu müddətdə fəallığı ilə, partiyanın bütün tədbrlərində iştirak etməsindən bəhs olunur. Arayışı tələb olunan yerə təqdim olunmaq üçün verildiyini və yazılanları nəzərə almağı xahiş olunur”.
N.Orduxanlı vurğulayıb ki, 2016-ci ilin fevral ayında yazılan arayış 3000 avroya satılıb: “Əli Kərimlidən soruşun ki, necə ola bilər ki, siyasi partiya üzvü olan şəxsə bu məzmunda arayış verirsən? Sən dövlət müəsəsinin rəhbərisən? Bir il neçə ay bundan qabaq partiyaya üzv olan şəxsə hansı əsasla bu cür arayış verirsən? Necə yəni arayış tələb olunan yerə verilir? Əli Kərimli bu cür adamlara məqsədli şəkildə arayış yazıb verir və əvəzində pul qoparır. Yoxsa Əli Kərimli də bu arayışa partiyanın möhürünü vurmazdı”.

Xalq bütün bunları görür və unutmur. İndinin özündə də Əli Kərimli Avropaya ötürdüyü satqın dostlarının əli ilə sosial şəbəkələrdə böhran dolu çıxışlar edəndə şəbəkə istifadəçiləri onun əməllərini dərhal yada salıb ifşa edirlər. Aytən Aslan ad-soyadlı istifadəçi bu haqda yazır: “Heç kəsə sirr deyil ki, “mühacir biznesi”nin sahibi Əli Kərimli hər il bu haram biznesdən külli miqdarda vəsait əldə edir. O, belə itrənc alveri daha da genişləndirmək üçün xarici ölkələrdə, o cümlədən Fransanın Strasburq şəhərində bir təşkilat yaradıb”. Binəli Elbəyi: “Əli Kərimli kimilərin bir vaxt təsadüfi şəkildə hakimiyyətə yiyələnmələri erməni işğalına rəvac verib. Əli və əyyaş Qənimət bunu yada salsa yaxşı olar”. Başqa bir istifadəçi “Etdiyiniz tək şey xarici havadarlarınızdan aldığınız direktivlər əsasında cılız oyunlar oynamaq, xalqı öz içindən parçalamağa çalışmaqdan ibarətdir” yazır. Nuray Nəbiyeva qeyd edir ki, “Guya xalqa canınız yanır. Xalqın nüfuzunu düşünən adam birinci öz əməllərinə baxar. Başqasına qara yaxmaq asandır. Bir də güzgüdə özünüzə baxın. Görün sizlər nə edirsiniz?”

Bəli, xalq belələrinin qiymətini özü verir. Axı, peşəsi satmaqdan ibarət olanlardan ayrı nə gözləmək olar.

N.NOVRUZ

Sizin Reklam Yeriniz