Əlaqə Arxiv
news Image
2019.05.21
09:00
| A A A
Avropanın “Azad söz” oyununun kölələri
“Azərbaycana xidmət edirik” deyənlərin hakimiyyətə böhtan yağdıqmaqdan başqa heç nəyə qabiliyyətləri çatmır

İndi dünyanın qarışan vaxtıdır. Vaxtilə güclü olan siyasi və iqtisadi ittifaqların dağıldığı, yenilərinin yarandığı bir dövrdə dövlət idarə etmək, xalqın qeydinə qalmaq, ölkənin inkişafını təmin etmək həddən ziyadə çətin və mürəkkəb prosesə çevrilib. Ancaq hər bir halda xaos durumda kələfin ucunu itirməyən, özülü tarixi təcrübə və müasir siyasi innovasiyalar əsasında qurulan dövlətlər var və fərəhləndirici faktdır ki, bu dövlətlərdən biri də Azərbaycandır. Maraqlı və cəlbedici amil odur ki, Azərbaycan ayaqüstə dayanmaqla bərabər sürətli inkişafı hədəfləyir və buna nail olur. Elə buna görə də ta qədimdən bizim yolumuza əngəl olmağa çalışan qüvvələrin varisləri yenə də öz işlərindədir. Bu faktora dünyada gedən siyasi oturuşma mübarizəsini də əlavə etsək vəziyyətin mürəkkəbliyi barədə daha aydın təsəvvürə malik olarıq. Və təbii ki, bu amansız mübarizənin idarəediciləri gizlində qalmaqla zərbələri əlaltıları vasitəsilə vurmağa çalışırlar. Onlar daha çox seçdikləri ölkəınin vətəndaşlarından istifadə etməklə məqsədlərinə çatmağa çalışırlar.

Söhbət konkret olaraq Avropada “kişilənib” Azərbaycan əleyhinə hədyanlar danışan azərbaycanlılar barədədir. Son bir neçə ildə bu “qəhrəmanlar” arasında Orduxan adlı birisi daha çox can-fəşanlıq edir. Bu adam, özünün dediyinə görə, Hollandiya vətəndaşıdır. Əgər belədirsə, demək, bu adam uzun müddətdir ki, Avropada yaşayır. Çünki, vətəndaş olmaq üçün əvvəl oturum almaq, dil öyrənmək, cəmiyyətə inteqrasiya olunmaq lazımdır. Bunun üçün azı 5 il vaxt tələb olunur. Oturum aldıqdan sonra da 5 il ölkədə yaşamalısan. İndi sual olunur ki, əgər bu adam müxalifətçidirsə, onda niyə indiyə kimi səsi çıxmayıb? Yox, Orduxan Teymurxan adı ilə ölkəmizə və özünün dediyi kimi “ölkəsinə”, yəni Azərbaycana böhtan yağdıran adam haqda mətbuatda kifayət qədər dəllil-sübutlu materiallar dərc olunub. Onun Rusiya agenti olması faktı sənədlərlə sübut olunub. Bəlkə də buna görədir ki, indi 50 yaşında olan bu antiqəhrəmanın səsi indiyədək çıxmayıb. Bəs, onda nə baş verib ki, o, indi “xalq uğrunda mübariz” roluna girib? Görünür, Rusiya onun xidmətindən imtina edib və bunun da ömrü boyu mənimsədiyi araqarışdırma funksiyasından başqa əlindən bir iş gəlmir. Dolanmaq üçün satqınlığı və şər-böhtan atmağı özünə daimi peşə seçən bu adam indi də anti-Azərbaycan qüvvələrə pul qarşılığında xidmət edir. Döşünə də döyür ki, vətənim Azərbaycandır. Üstəlik, Hollandiya vətəndaşı olmasından qürurlandığını deyir.

Orduxan və onun kimilər bilməmiş deyillər ki, Avropa və digər dövlətlərin əlində ucuz alətdirlər. Həmin qüvvələrin tərkibində erməni lobbisi və diasporu da var. Amma bilə-bilə buna gedirlər. Demək, özləri şəxsiyyətcə o qədər ucuzdurlar ki, xarici düşmənlərlə tarixi vətənlərinə qarşı birgə çalışırlar. Çünki, Qarabağın işğal edilməsində və bugünədək işğalda qalmasında həmin qüvvələrin əlinin olması indi artıq heç kimdə şübhə doğurmur. Xaricdə mühacirət həyatı yaşayan keçmiş soydaşlarımız da bunu bilməmiş deyil. Lakin onlar bir tikə çörəyi hallalıqla qazanıb yemək əvəzinə böhtançılıqla haram yeməyə üstünlük verirlər. Əks halda Avropa qurumlarının yerləşdiyi coğrafi ərazidə yaşadıqlarına görə ölkəmizin haqq işində xalqın yanında olardılar.

Belə mühacirlərə aid hər hansı videomateriala baxmaq kifayətdir ki, onların iç üzünü görə biləsən. İnternetdə yerləşdirilmiş videolarda əkz olunanlardan görünür ki, bu adamlar həm də mühacir biznesi şəbəkəsinin qollarından biridir. Çünki, onlar Avropada oturum almaq üçün təqdim etdikləri saxta sənədləri sübuta yetirmək üçün bu oyunlardan çıxmalıdırlar. Avropa yetkililəri bu oyunların mənasını çox gözəl bilirlər. Lakin oyunbazların ən mahirlərini seçərək onlara oturum və sonra da vətəndaşlıəq verib qarmağa keçirirlər. Daha sonra isə yüyənlərindən tutub hansı istiqamətdə istəsələr çapırlar. İndi bu tip mühacirlər də, türkün sözü, bellərinə minib çapdıqlarındandır. Belə alçaqların elə Azərbaycandan uzaqda olmaları yaxşıdır, hərçəndi özləri bunu seçsələr də.

Prezident İlham Əliyev Brüsselə son səfərində Avropanın siyasi nihilizminə qarşı çox ciddi tərzdə və sözün tam mənasında sinə gərib. Bəli, bir çox Avropa qurumları Azərbaycanla qarşılıqlı münasibətlərin qurulmasında birtərəfli mövqe sərgiləməyə çalışır. Baxmayaraq ki, Azərbaycana ehtiyacları böyükdür. Onlar həm istəyirlər ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi kimi vacib layihəsində var qüvvəsilə, xarici təzyiqləri öz üzərinə götürərək iştirak etsin, həm də avropalıların “nazı ilə oynasın”. Yəni, xalqın sərvətini xalqa Aİ qurumlarının göstərdiyi qiymətlə satsın. Bu isə birbaşa daxili işlərə qarışmaqır və nəticə etibarı ilə əhalinin iqtisadi vəziyyətinə mənfi təsir göstərə bilər. Lakin ölkə başçısı müstəqil dövlətin daxili siyasətinin əcnəbilər tərəfindən diktə edilməsinə qarşı mübarizə aparır və əhalinin rifah halının müəyyənləşməsində xarici təzahürləri rədd edir. Bu səbəbdən Aİ ilə Azərbaycan arasında bağlanması gözlənilən müqavilənin imzalanması gecikir. Fikir verin, eyni vaxtda Azərbaycan, onun Prezidenti əleyhinə bir sıra mühacirlər tərəfindən böhtanlar başlayır. Demək, eyni mərkəzdən idarə edilən qüvvələr Azərbaycanı müqaviləni istədikləri formada imzalamağa məcbur etməkdir. Bu məqamda mühacir satqınlığının alçaldıcı təzahürü aydın olur.

Azərbaycan müstəqilliyinin ilk illərindən bu cür xəyanətlərlə üz-üzədir. Lakin satqın qüvvələr nə qədər böhtan atır-atsın, Azərbaycan öz yolu ilə inamla gedir, inkişaf edir, düşmənlərinin cavabını verməyi bacarır. Bu yolda xalqla iqtidarın birliyi sarsılmaz güc nümayiş etdirir.

N.NOVRUZ        

Sizin Reklam Yeriniz