Əlaqə Arxiv
news Image
2019.05.23
11:10
| A A A
ABŞ İranı Ermənistan aerodromlarından vuracaq
Ekspert: “Ermənsitan İranın ayağının bir balaca büdrədiyini görən kimi ona qarşı olan qüvvələr çərgəsində yer alacaq”

Rusiya Dövlət Dumasının plenar iclasında LDPR lideri Vladimir Jirinovski maraqlı açıqlamalar verərək qeyd edib ki, ABŞ İrana zərbələr endirməyə hazırlaşır və bu da milyonlarla qaçqının meydana gəlməsi deməkdir. Onun sözlərinə görə, qaçqın dalğası Azərbaycanı, Gürcüstanı, Ermənistanı bürüyəcək və Rusiya ərazilərinə qədər gedib çatacaq.

Siyasətçi qeyd edib ki, hələ 10 il əvvəl İrana qarşı hərbi əməliyyatlar aparmaq qərarının verildiyini demişdi. “O vaxt zərbə endirilmədi, çünki digər münaqişələr var idi: İraq müharibəsi hələ bitməmişdi, üstəlik Əfqanıstan, ardınca Suriya. İndi İrana hücum etmək üçün şərtlər təmin olunub. O cümlədən İrəvandakı yeni rejim. Hələlik İrəvan amerikalılara baza yerləşdirməyə icazə vermir, amma ola bilsin, İrana qarşı aerodromlardan istifadəyə icazə verəcək”-Jirinovski bildirib.

Bu açıqlama bir daha onu göstərir ki, İrəvan hər zaman olduğu kimi yenə də müttəfiqlərinə arxa çevirməyə hazırdır. Belə ki, İranla Ermənistan arasında münasibətlər olduqca istidir. İşğal siyasətinə görə blokadaya alınan Ermənistanın ayaqda durmasında İranın mühüm rolu vardır. Bu fonda ABŞ-a dəstək verməsilə sözsüz ki, Ermənistan öz xislətinə uyğun olaraq İrana da arxadan zərbə vurmuş olacaq. Ermənsitandan bu hərəkət gözləniləndir. Belə olan halda, Tehranın Ermənistan siyasətində dəyişiklik gözlənilə bilərmi?

Siyasi icmalçı Azər Həsrət müharibə başlayacağı təqdirdə İrəvanın İrana qarşı olan qüvvələrin yanında yer alacağına əmindir: “Ermənistanın mövqeyini dəyişməsi və İrana qarşı hərbi əməliyyatlar başlanacağı təqdirdə İrəvanın öz hava məkanının, aeroportunu ABŞ-ın hərbi hava qüvvələrinin üzünə açacağı ağlabatan görünür.  Çünki erməni siyasi liderləri və Ermənstan bir qayda olaraq öz mənafeləri üçün ən yaxın müttəfiqlərini satmağa belə həmişı hazır olublar. İrana qarşı ABŞ-ın hərəkətlənməsi baş verdikdə, Ermənistan rahat şəkildə öz mənafeyi naminə, müttəfiqi Rusiyanın xoşuna gəlməsə də,  Tehran əleyhinə hücumlar üçün öz sərhəd və imkanlarını təklif edəcək. Ermənistanın indiki halda müttəfiqlərindən biri də İrandır.

Ermənistan İranın bu fonda çökəcəyini dərk etdikdə, hətta özü Tehrana  qarşı hərəkətdə birbaşa iştirak edəcək. Bu, Ermənistan və onun siyasilərinin xislətindən qaynaqlanır. İran bu məqamda Ermənsitan barədə deyilən bu fikirləri diqqətə almalıdır. Azərbaycan cəmiyyəti daim İranı xəbərdar edib ki, Ermənistanla yaxınlaşmaq, isti münasibətlərdə olmaq həm islam qardaşlığına zidd hərəkətdir, həm də İrəvan etibarlı tərəfdaş deyil. Günün birində Ermənistan İrana arxa çevirə bilər. İndi də həmin an gəlib çatıb. Jirinovskinin dediyi həmin fikirlərədn bu qənaətə gəlmək olar. ABŞ həqiqətən də İrana qarşı hərbi əməliyyatlara başlasa və bu cənub ölkəsindən qaçqınlar kütləvi şəkildə xarici ölkələrə üz tutmalı olsa, bu Tehranın bitirilməsi planının işə düşməsi demək olacaq.

Belə bir planın işə düşdüyünü görən İrəvan da dərhal İrana qarşı olan qüvvələrin yanında yer alacaq. Bununla da İrəvan həm İrana, həm də Rusiyaya arxa çevirmiş olacaq. Bu, Ermənistanın xislətidir. Ona görə də İran bu məsələni ciddiyə almalıdır. İran yaxın qonşularından daha sadiq olanın kim olduğunu bilməlidir.

Qərbin uzun illərdir, İrana münasibətdə tətbiq etdiyi sıxışdırma siyasəti, sanksiyalar dövründə Azərbaycan heç zaman ona arxa çevirməyib. Əksinə, Azərbaycanın özünə təzyiqlər olsa da, İranın ayaqda qalması üçün nəfəslik rolunu oynayıb. Bu mənada Jirinovski doğru buyurur. Ermənsitan İranın ayağının bir balaca büdrədiyini görən kimi ona qarşı olan qüvvələr çərgəsində yer alacaq”.

Rüfət NADİROĞLU

 

 

 

 

Sizin Reklam Yeriniz