Əlaqə Arxiv
news Image
2019.05.24
12:01
| A A A
Azərbaycan XİN ABŞ vətəndaşının adını "arzuolunmaz şəxslər" siyahısından çıxarıb

ABŞ vətəndaşı Robert Qiş Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Bu barədə Movqe.az-a XİN-dən məlumat verilib. 

Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bildirən Robert Qiş müraciətində səfərin nəticələri barədə məlumatsız olduğunu qeyd edib. Habelə, o, işğal olunmuş ərazilərimizə gələcəkdə bu cür qanunsuz səfərlərdən çəkinəcəyini bildirib.

Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının "arzuolunmaz şəxslər" siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Sizin Reklam Yeriniz