Əlaqə Arxiv
news Image
2019.06.08
09:45
| A A A
Kreml Ermənistan iqtidarını devirir
Nəzakət Məmmədova: “Paşinyanın aqibəti Kremldən asılıdır, Rusiya artıq onun səmimiyyətinə inanmır”

Ermənistanın baş naziri Nikol Paşinyan hökuməti Moskva ilə münasibətləri pisləşdirməkdə davam edir. Son dövrlərdə Paşinyaan yaxın medai orqanlarında Rusiyanın hədəf seçilməsi və pislənilməsi də bunu sübut edir.  

Politoloq Nəzakət Məmmədova bildirdi ki, Paşinyanın üzünü Qərbə çevirməsi və Rusiyanın Ermənistandakı əsas dayanları olan şəxsləri zərərsizləşdirmək cəhdləri İrəvanla Moskva arasında münasibətlərin pisləşməsinə gətirib çıxarıb: “Paşinyan hakimiyyətə gələndən sonra bilirik ki, antirusiya yönümlü siyasət yürütməyə başladı. Bunun da bir çox təzahürləri oldu.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, milliyyətcə erməni olan Yuri Xaçaturov və eks-prezident Robert  Köçəryanı həbs etdilər. Yəni Paşinyan bununla Rusiyanın Ermənistandakı ən sadiq adamlarına qarşı müharibəyə başladı.Təbii ki, bu da İrəvanın Moskva ilə münasibətlərinə ciddi zərbə vurdu. Moskva ilk vaxtlar bu hərəkətlərə təmkinli münasibət göstərdi. Paşinyan hakimiyyətə gələn ilk aylarda Rusiya-Ermənistan gərginliyi gizli formada davam etdi. Rusiyaya sadiq şəxslərin həbsindən sonra isə Moskva Paşinyana açıq şəkildə etiraz etməyə başladı. Bunun təzahürlərindən biri də o oldu ki, keçən ilin sentyabrında prezident Vladimir Putin Azərbaycana səfərə gəlsə də, Ermənistana isə səfər proqramında olsa da, getməkdən imtina etdi.  Qışın sərt çağında isə Rusiya Ermənistana satdığı təbii qazı artıq güzəştli qiymətlə deyil, dünya bazarındakı qiymətlərlə satmaq niyyətinə düşdü. Bu isə Paşinyana qarşı ciddi təzyiq və xəbərdarlıq idi. Çünki Ermənistan kimi yoxsul ölkədə ardınca qazın qiymətinin bahalaşması Paşinyanın xalq tərərindən hakimiyyətdən yola salınmasına gətirib çıxaracaqdı. Nəticədə Rusiya tərəfindən təzyiq olunduğunu hiss edən Paşinyan başa düşdü ki, belə vəziyyət onun iqtidardan uzaqlaşdırılması ilə nəticələnə bilər.

Paşinyan öz ordusu üzərində də ciddi təsir imkanlarına malik deyil. O, faktiki olaraq ordusuna nəzarət edə bilmir. Hakimiyyətə gələndən Müdafiə Nazirliyinə özünə yaxın heç bir şəxsi yerləşdirə bilməyib. “Qarabağ klanı”na yaxın  olan Ermənistan ordusu tamamilə Moskvanın nəzarətindədir.  Bu qüvvələr də istənilən an, istənilən təxribatla Paşinyanı devirə bilərlər. İşğalçı ordu 2016-cı ilin aprelində olduğu kimi yenidən təxribatla məşğul olsa və yenə də Azərbaycan ordusunun güclü həmləsilə üzləşib daha bir sıra ərazilərdən çıxmağa məcbur edilsə, Paşinyan bu müstəvidə qısa zamanda hakimiyyətdən məhrum ediləcək. Sirr deyil ki, Sarkisyanın hakimyyətdən uzaqlaşdırılmasında da aprel döyüşlərinin böyük rolu olub”.

Indiki halda, ekspert söylədi ki, Paşinyan Moskva ilə münasibətləri yaxşılaşdırmağa çalışsa da, Kreml hələlik onu yaxına buraxmır: “Paşinyan istəyir ki, Rusiya ilə münasibətləri yaxşılaşdırsın. Amma buna nail olmur. Çünki Moskva onun səmimiyyətinə inanmır. Ermənistan Rusiya ilə d hesablaşmalıdır. Ona görə Paşinyan səhvini dərk edib çalışdı ki, jestlər etsin. Amma Kreml tərəfindən bu qəbul olunmadı. Putin Moskvada olan Paşinyanı qəbul etmədi. KTMT-nın keçənilki Sankt-Peterburq sammitində Paşinyana münasibətdə hətta diplomatik protokol qaydaları pozuldu. Putin növbədənkənar parlament seçkilərində qalib gələn Paşinyanı təbrik etmədi. Bu da onu göstərir ki, Paşinyan nə qədər çabalasa, Rusiyaya yaltaqlanmağa çalışsa da, Moskva onun səmimiyyətinə inanmır, ona münasibətdə bilərəkdən bütün diplomatik etiketləri pozur.

Paşinyanın aqibəti Kremldən asılıdır. Rusiya hələlik ona vaxt verib. Onun hakimiyyətdə qalmasına o zamana qədər dözəcəklər ki, bu iqtidar Rusiyanın maraqlarına ciddi zərbə vurmasın.  İrəvan ölkəsindəki rus qoşunlarının çıxarılmasını tələb etsə, KTMT və Avrasiya İttifaqından çıxmaq niyyətinə düşsə, bütün bunlar artıq birmənalı şəkildə Paşinyanın devrilməsi demək olacaq. Ona görə də Paşinyan indilikdə ancaq manevr etməklə hakimiyyətini möhkəmləndirməyi düşünür. Həmçinin o, Avropa təşkilatlarını separatizmin hökm sürdüyü Qarabağdakı qeyri-hökumət təşkilatlarına yardım etməyə çağırıb. Yəni isətyir ki, Avropa, Amerikanın əlilə oradakı vətəndaş cəmiyyətlərini maliyyələşdirsin və Bako Saakyanı devirsin. 

Bütün bunların fonunda Rusiya artıq onun səmimiyyətinə inanmır”.

Politoloq onu da vurğuladı ki, Qarabağdakı separatçı rejimin inqilab yolu ilə devrilməsi  yaxşı hal olardı: “Bu Qarabağ münaqişəsinin həlli istiqamətində ən real variantlardan biri olardı. Ermənidən demokrat çıxmasa da, bəlkə də həmin məkanda Qərbə xoş gəlmək üçün özünü demokrat sayan qüvvələr hakimiyyətə gəlsə, ola bilər, onlarla dil tapmaq daha rahat olardı. Nəinki, kor tutduğunu buraxmadığı kimi, Bako Saakyanın separatçı rejimilə”.

Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz