Binəqədi rayonunda 15 iyun Qurtuluş gününə həsr olunmuş möhtəşəm konsert proqramı keçirilib
“15 iyun – Milli Qurtuluş Günü” münasibəti ilə BakıŞəhər İcra Hakimiyyətinin, Bakı Şəhər Mədəniyyət İdarəsinin və Binəqədi Rayon İcra Hakimiyyətininbirgə təşkilatçılığı ilə Binəqədi Rayonu Heydər Əliyev adına mədəniyyət və istirahət parkında konsert proqramı keçirilib. Tanınmış incəsənət xadimlərinin iştirakı ilə keçirilmiş tədbir sakinlərin böyük marağı ilə qarşılanıb.