Əlaqə Arxiv
news Image
2012.05.04
18:36
| A A A
Çinli aktivist kömək gözləyir

Çində ev həbsindən qaçan məşhur aktivist Çen Quanqçenq, Amerikan Konqressi ilə canlı telefon bağlantısında köməyə  ehtiyacı olduğunu bildirib.

Telefon görüşməsində ailəsinin təhlükəsizliyindən narahat olduğunu dilə gətirən Quanqçenq  Amerikaya getmək istədiyini söyləyib.

Amerikanın ev həbsindən qaçan Chen Quanqçenqi qoruması Çin ilə arasında yeni bir gərginliyə səbəb olub.

ABŞ Xarici İşlər Nazirliyi Hilari Klintondan kömək tələb edən çinli aktivistlə təmas halında olduqlarını açıqlayıb:

"Xarici İşlər Nazirliyi olaraq Çen Quanqçenq və yoldaşı ilə görüşlərimiz davam edir. Quanqçenq ilə ən son ona xeyri ola biləcək vəziyyətlər nəzərə alınıb."

Keçdiyimiz həftələrdə ev həbsindən qaçaraq Amerikan Səfirliyinə sığınan Quanqçenq, Çin hökumətinin məşhur aktivistinin təhlükəsizliyini zəmanət altına alacağını tərəddüd etməsindən sonra ölkəni tərk etməkdən imtina edib.


Ziba Yusifova

Movqe.Az


Sizin Reklam Yeriniz