Əlaqə Arxiv
news Image
2019.06.22
09:30
| A A A
Cənubi Qafqazda sabitlik və qeyri-sabitlik dilemması
Gürcüstanda və Ermənistanda durum qarışmağa başlayıb

İyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tiflisdə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilov Gürcüstan parlamenti spikerinin kürsüsündən nitq söyləyib. Lakin rus xadimin qannvericilik orqanının sədri kürsüsündən danışması yerli deputatları qıcıqlandırıb və buna görə yığıncaqda ciddi qalmaqal yaranıb. Gürcüstan parlamentinin müxalifətçi üzvləri toplantını pozaraq bir sıra tələblər irəli sürüblər. Hətta hakim Gürcüstan Arzusu Partiyası da toplantıya sədrliyin rusiyalı deputatlara yox, qurumun yunanıstanlı baş katibinə həvalə olunmasını tələb edib. Daha sonra məsələ böyüyüb və siyasi partiyalar öz üzvlərini meydanlara çıxarıblar. Artıq gecəyə yaxın Tiflisdə  geniş etiraz aksiyası başlayıb. Polis güc tətbiq edərək aksiyanı dağıdıb, 52 nəfər saxlanılıb.

Ertəsi gün isə Tiflislə yanaşı Batumi, Qori və digər şəhərlərdə də etiraz mitinqləri genişlənib. Bununla əlaqədar Moldovada səfərdə olan prezident Salome Zurabişvili səfərini yarıda dayandıraraq Gürcüstana qayıdıb. O, ölkəsindəki etiraz akisiyalarına görə Rusiyanın məsuliyyət daşıdığını bildirərək, bəyanat yayıb. Dövlət başçısı parlamentdə baş verən qalmaqalın böyük cinayət olduğunu bildirib və parlament qarşısında etirazıların süni dalğa yaratdığını, antidövlət fəaliyyəti daşıdığını vurğulayıb, Rusiyanın beşinci kolonunun bu gün həddən artıq təhlükəli olduğunu da deyib: “Mən bir daha demək istərdim ki, ölkənin və cəmiyyətin parçalanması Rusiyadan başqa heç kimə sərf etmir və bu gün o, Rusiyanın ən təcrübəli silahıdır. Daxili qarşıdurmanı yaradıb, genişləndirənlər Rusiya siyasətini və onun planlarını reallaşdıranlardır. Kimin daim istənilən problemi destabilizasiya ocağına çevirdiyinə baxsanız, hər şey aydın olacaq. Nəhayət, xarici vətəndaşın (Saakaşvili nəzərdə tutulur – red.) polisi itaətsizliyə çağırması tamam yolverilməzdir. Dövlətin baş verən bütün pozuntulara reaksiya verməsi və nizamı bərpa etməsinin, eləcə də destruktiv qüvvələrə Moskvanın planlarını reallaşdırmaq imkanı verməməsinin vaxtı çatıb”.

Ayın 21-də etirazlar səngiməyib və nümayişçilər baş vermiş hadisəyə görə məsuliyyət daşıyan vəzifəlıi şəxslərin istefası tələbini irəli sürüblər. Onların arasında parlamentin sədrinin, daxili işlər nazirinin, dövlət təhlükəsizliyi xidmətinin və gürcü partiarxlığının rəhbərlərinin adları var. Göründüyü kimi, adı bir texniki diqqətsizlikdən ölkə qarışıb. Parlamentdəki iclas əslində nümayişlər üçün bir bəhanə olub. Sonuncu prezident seçkilərindən üzü bəri gürcü cəmiyyətini təmsil edən siyasi qüvvələrin narazılığı kifayət qədər yüksək idi. Ölkədəki sosial vəziyyət də ürəkaçan deyil. Hakim Gürcüstan arzusu partiyası faktiki olaraq bir nəfər oliqarxın arzularını yerinə yetirir. Bu isə, təbii ki, xalqın istəklərini təmin edə bilməz.

Cənubi Qafqazın digər dövləti Ermənistanda da vəziyyət qarışıq və təhlükəlidir. İndi erməni cəmiyyətində yeni inqilab dalğasının gələcəyi barədə tez-tez danışırlar. Çünki, keçənilki inqilab əhalinin ümidlərini doğrultmayıb və xalq zillət çəkir. Cəmiyyətdəki ikitirəlik də gündən-günə güclənir. Ruspərəstlərlə qərbpərəstlərin qızışan mübarizəsi yaxşı heç nə vəd etmir. Üstəlik, siyasi hakimiyyətin işğalçılıq siyasətini davam etdirməsi, bu səbəbdən ölkənin iqtisadi blokadada qalması əhalinin güzəranını getdikcə daha pisləşdirir ki, bu da başıpozuqluğun güclü stimuludur.

Lakin Cənubi Qafqazın üçüncü, dəqiq desək, əsas ölkəsi olan Azərbaycanda vəziyyət tamamailə başqa mənzərə yaradır. Dövlət rəhbərlik etdiyi xalq qarşısında götürdüyü öhdəlikləri ardıcıl olaraq yüksək səviyyədə yerinə yetirir. Xüsusilə, sosial sahədə gedən islahatlar gündəmi zəbt edib və əhali, necə deyərlər, gəlirini saymaqla məşğuldur. Düzdür, ölkənin bir nömrəli problemi Qarabağ münaqişəsinin həlli yenə də təxirəsalınmaz vəzifə kimi qarşıda durur. Bu istiqamətdə dövlət və cəmiyyət birgə fəaliyyət planı üzrə işini davam etdirir. Lakin paralel olaraq iqtisadiyyat və sosial siyasətdə də ardıcıllıq gözlənilir, xalqın rifajh halının yaxşılaşdırılması üçün ciddi addımlar atılır.

Azərbaycanda sabitlik hökm sürür. Xalq və iqtidar arasında fikir ayrılığı, ixtilaf mövcud deyil. İndi ölkədə vətəndaşların məmurlar tərəfindən qəbul edilib problemlərinin öyrənilməsi ən yüksək səviyyədə təşkil edilib. Prezident, Birinci vitse-prezident tez-tez xalqın nümayəndələri ilə görüşür, əhalinin qarşısına çıxır, gündəlik həyat barədə onların rəylərini dinləyir və təcili həll tələb edən məsələləri yerindəcə yoluna qoyurlar. Bu qayda artıq ümumi iş normasına çevrilib və əhali də bundan məmnunluq duyur.

Bu vəziyyət Cənubi Qafqazda liderlik edən Azərbaycanın ümumiyyətlə regionun aparıcı lokomotivi olmasını diktə edir. Beynəlxalq proseslərə də təsir etmək gücünə yiyələnən Azərbaycan Cənubi Qafqazın digər iki ölkəsi üçün gözəl presedent yaradan idarəetmə strukturuna və təcrübəsinə malikdir. Yetər ki, bunu görüb, qəbul və tətbiq etsinlər.

N.NOVRUZ

  

 

 

Sizin Reklam Yeriniz