Əlaqə Arxiv
news Image
2019.06.22
09:45
| A A A
Sosial rifah yüksəlir, müxalifət isə “belə olsa, filan olar” deyir
Proplem müxalifətin olmasında yox, bu yola düşənlərin həqiqəti görmək istəməməsindədir

Bu gün Azərbaycanın ictimai-siyasi həyatının ən çox müzakirə olunan məsələlərindən biri ölkədə ilin əvvəlində başlanmış sosial inqilabın ikinci mərhələsinin başlanmasıdır. Adətən, bir dövlətdə maaş artımı maksimum ildə bir dəfə baş verir. Lakin Azərbaycanda qısa müddətdə iki dəfə əsaslı artımın baş verməsi görünməmiş olduğu qədər də təqdirəlayiqdir. Minimum əmək haqqının ilin əvvəlində 130 manatdan 180 manata, ilin ortasına yaxın isə 250 manata çatdırılması cəmniyyətimizdə, yaxşı mənada ajiotaj yaradıb. Vətəndaşlar dövlətin onlara göstərdiyi qayğıdan məmnundurlar və bunu Prezident İlham Əliyevin ifadə etdiyi kimi dövlətin sosial mahiyyətindən doğruğunu anlayırlar.

Birinci sosial paket qəbul ediləndən dərhal sonra dövlət başçısı bildirmişdi ki, bu son hədd deyil, maaşların artırılması davam edəcək. Bu mesaj ölkənin bir nömrəli şəxsi tərəfindən deyilsə də, hər halda adət olunmuş prosedura görə insanlar yeni artımı gələn ilin yanvarına proqnozlaşdırırdılar. Ancaq, budur, verilən vəd yerinə yetirildi və sentyabrın birindən əhali məvaciblərini artırılmış məbləğdə alacaqlar.

Əhalinin müxtəlif qrupları bu qərarı alqışlayırlar. Bəs, müxalif düşərgə nə deyir? Axı, bu qərardan faydalananlar sıeasında onlar da var. Üstəlik, həmişə əhalinin gəlirlərinin aşağı olmasından şikayətlənən müxalifətçilər, görəsən, indi nədən şikayətçidirlər? Mərbuata açıqlama verənlərin fikirlərindən görünür ki, dövlət başçısının sosial siyasətinin uğurlarıni inkar edə bilməsələr də, hər halda tam təqdir etmək cəsarətini də özlərində tapa bilmirlər. Məsələn, AXCP-nin mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev ki, islahatın kökündə vətəndaşın rifahı durmalıdır: “Əsas məqsəd vətəndaşın sosial həyatının yaxşılaşdırılması olmalıdır. Dolanışıq isə birbaşa qazancdan asılıdır. Bu baxımdan, maaşların artırılması atılması gərəkən ən önəmli addımdır. Son artım bugünkü ölkə reallığında heş olmamaqdan az da olsa yaxşıdır. Amma bir şərtlə ki, bazar qiymətləri də paralel olaraq bahalaşmasın. Çünki artım olsa belə, vətəndaşın cibi indiki bazar qiymətlərinə uyğunlaşmır. Amma artıma görə yenidən bahalaşma olacaqsa, bunun qarşısı əvvəldən alınmalıdır. Vətəndaşın islahatı həyatında hiss etməsi üçün gəliri minimum 100% artmalı, tibbi sığorta məsələsi həll edilməlidir”. Fikirləri “-malı, -məli” şəkilçiləri ilə ifadə olunması o deməkdir ki, müxalifətçi uğuru birmənalı təsdiq etməmək üçün özünü zorlayır. Bəlkə də bunu müxalifətçi olduğu üçün edir. Amma həqiqət müxalifliyə və ya iqtidarlığa əsaslanmır. Prezident İlham Əliyev öz siyasəti ilə dəfələrlə xalqa xidmət etdiyini sübut edib və bundan sonra da edəcəkdir. Sadəcə, həqiqətin gözünə dik baxmağı bacarıb etiraf etmək gərəkdir. Müxalifətdə isə bu cəsarət yoxdur.

Sərdar Cəlaloğlu da real faktı bir kənara qoyub, ritorik suallarla dövlətin fəaliyyətinə kölgə salmaq istəyir: “Heç bir resurs yoxdursa, bu addım niyə atılır? Ola bilsin ki, əməkhaqqını indidən pulun dəyərinə uyğunlaşdırmaq istəyirlər. Hökumət nümayəndələri hansı resurs hesabına və nə üçün indi əməkhaqqının iki dəfə artırılmasını izah edə biləcəksə, əlbəttə biz bu addımı alqışlayırıq. Azərbaycanda minimum əməkhaqqı nəninki 250 manat, daha çox olmalıdır”.

Hər kəsin öz fikri var və buna görə o özü məsuliyyət daşıyır. Ancaq fikir bildirəndə gərək elə qiymət verəsən ki, reallığı çəks etdirə bilsin. Axı, biz cəmiyyətdə yaşayırıq və şükürlər olsun ki, indi insanların kimin kim, nətin nə olduğunu dəqiq başa düşmək üçün kifayət qədər savadlı və gözüaçıqdırlar. Bu mənada ölkədə gedən sosial prosesə kölgə salmaq bu rəyi bildirənlərin əleyhinə işləyən güclü amildir.

N.NOVRUZ

Sizin Reklam Yeriniz