Əlaqə Arxiv
news Image
2019.06.22
10:00
| A A A
Ermənistanda qeyri-müəyyən situasiya
Köçəryanın məhkəməsi açıq-aydın Rusiyanın əlinə işləyir

Bu gün Ermənistanda məhkəmə instansiyaları daha çox “məzhəkə” instansiyaları rolunda çıxış edir. Məsələ burasındadır ki, “dövlət” adına oyuncaq rejim səviyyəsindən o yana keçməyən erməni siyasi hakimiyyəti kimi məhkəmələr də yalnız haradansa gələn sifarişlər əsasında fəaliyyət göstərirlər. Bu isə onsuz da ölkədə ağır olan ictimai-siyasi vəziyyəti daha da ağırlaşdırır. Baş nazir Nikol Paşinyanın hakimiyyəti olduqca kövrək vəziyyətdədir. Buna görə də qanunsuzluq baş alıb gedir.  Bunun da səbəbi yenə Ermənistanın forpost olmasına gedib çıxır.

Ancaq bu ölkənin ağıl sarıdan da bir bəlası var: burunlarının ucundan uzağı görə bilmirlər. Gələcəyə zəmanət kimi yalnız saxtakarlıqla məşğuldurlar. Başqalarına aid zənginliyi mənimsəyin tətbiq etmək əvəzinə hazır şəkildə oğurlamağa çalışırlar ki, bu da təcrübədə özünü doğrultmur. Belə ki, Nikol Paşinyan ermənilərin “ağası” sayılan ruslarla siyasət aparmaq əvəzinə sadəlövh şəkildə onları amerikalılara dəyişmək mövqeyi nümayiş etdirir. Əslində o, Azərbaycanın balanslı siyasətini tətbiq etmək arzusundadır. Amma naşılıqdan və erməni xislətinə uyğun olaraq bu siyasətin konturlarını oğurlayır və nəticə etibarı ilə “ofsayt”da qalır.

Paşinyan hakimiyyətə gələndən sonra yerini möhkəmlətmək üçün Rusiyanın Ermənistandakı əsas dayaqlarından olan ikinci prezident olmuş Robert Köçəryanı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etmək istədi. Lakin naşılıqdan işi elə qurdu ki, özü tələyə düşdü. Çünki, Köçəryanın arxasında Rusiya kimi nəhəng dövlət durur. Hazırda guya Ermənistanda məhkəmə islahatı gedir. Bu, o deməkdir ki, məhkəmələr müstəqil, obyektiv qərarlar qəbul etməliridlər. Bəs, Ermənistan məhkəməsi bu tələblər cavab verirmi? Yox! Kremldən gələn siqnallar hər şeyi həll edir. Buna görə də Köçəryan azadlıqdadır. Buna görə də bu günlərdə Köçəryanın işinə baxılan məhkəmə iclasında ittihamçı və müttəhim tərəf hakimlərin hər bir jestini istehzalı gülüşlə qarşılayır və bütövlükdə iclaslar gülünc xarakter daşıyır.   

1in.am saytı yazır ki, Robert Köçəryan azadlığa buraxılandan dərhal sonra məhkəmələrə görünməmiş təzyiqlər başlayıb. İndi cəmiyyətdə köhnə klanla yeni klan arasında mübarizə qızışır. Köçəryanın vəkillərindən biri mətbuata bildirib: “Biz təsəvvür edirik, hakimiyyətin xoşuna gəlməyən qərar vermiş hakimi nələr gözləyir. Məh elə bir ölkə və ya məhkəmə tanımıram ki, bu cür təzyiqlərə məruz qalsın”.

Bu arada Rusiyanın İrəvandakı səfiri Sergey Koprıginin fəallığı da cəmiyyətdə ciddi qıcıq yaradıb. Səfirin Robert Köçəryan və bunun ardınca Konstutisiya məhkəməsinin sədri Armen Qrayrla görüşməsindən sonra onu Ermənistan XİN-ə çağırıb ölkənin daxili işlərinə qarışmaqda günahlandırıblar. Bu, Moskvaya qarşı indiyədək görünməmiş siyasi özbaşınalıqdır. Lakin bu olaylar müqabilində Rusiya xarici işlər naziri Sergey Lavrovun susması erməniləri daha da əndişələndirib. Çünki, siyasi ekspertlərin fikrincə, belə susqunluq Kremlin Ermənistana münasibətdəyürütdüyü siyasətinin sərtləşməsi deməkdir. Yəni, ölkə tezliklə yeni iqtisadi və siyasi zərbələrə düçar olacaq.     

Belə bir siyasi gərginlik içərisində iqtisadi təbəddülatlar da gündən-günə kəskinləşir. Paşinyan hökuməti vəzifə başına gəlməmişdən verdiyi vədləri yerinə yetirə bilməyib və əhali də görür ki, onların yerinə yetirilməsi perspektivi yoxdur. Buna görə də bir tikə çörək pulunu qazanmaq üçün hər nəyə desən gedir. Lakin buna da məmurlar imkan vermirlər. İrəvan küçələrində hər gün nümayiş keçirilir. Gaj bu, gah da digər istehsal sahəsinin əməkçiləri hökumətdən haqq-ədalər tələb edirlər. Axırıncı mitinqlərdən birində etiraz aksiyasının iştirakçıları deyiblər ki, “biz zibildən pul düzəldirik, amma bunu da bizə qadağan edirlər”. Metal qırıntılarını küçələrdən toplayıb emal edən vətəndaşlara fəaliyyət göstərməyə mane olurlar. Baş nazirlə görüşməyə can atan etirazçılar onun xəyalpərvərliyini yada salıblar: “Baş nazir deyib ki, küçələrdən bu zibillər itməyənəcən inqilab davam edəcək. Bununla belə bu gün bizə bu işdə mane olurlar”. Zavallı ermənilər qalıblar pafosla reallıq arasında çabalaya-çabalaya. Binəvalar başa düşmürlər ki, inqilabi pafos reallıqda acınacaqlı gündəmdir.

Ermənistanın ictimai-siyasi gündəmi, beləcə, qeyri-müəyyən olaraq qalır. Sular nə vaxt durulacaq məlum deyil.

N.NOVRUZ

 

 

Sizin Reklam Yeriniz