Əlaqə Arxiv
news Image
2019.06.25
08:16
| A A A
Təcavüzkarlıq və işğalçılıq Ermənistanı çıxılmaz vəziyyətə salıb
Klanlararası dava hakimiyyət uğrunda mübarizəni əvəz edib və xalq başını hansı tərəfə döndərməyi bilmir

Bir il əvvəl Ermənistanda baş vermiş hadisələr nəticəsində hakimiyyətə gəlmiş yeni qüvvələrin səmərəli və sülhpərvər fəaliyyət göstərəcəyinə müəyyən ümidlər vardı. Çünki, yeni hakimiyyət demokratiya və hüquq normaları uğrunda mübarizlər qismində təqdim edilirdi. Budur, bir ildən çox vaxt keçib. Bəs, ölkədə vəziyyət hansı istiqamətə doğru inkişaf edir. Təssüf ki, dəyişikliklər kosmetik xarakter daşıyır və mahiyyət etibarı ilə siyasi hakimiyyət işğalçılıq siyasətini davam etdirir. Buna görə də ölkə çıxılmaz vəziyyətə düşüb. Azərbaycanla münasibətləri həll etmədən, genişmiqyaslı regional əməkdaşlığa inteqrasiya olmadan, ermənilərin təcavüzkarlıq və işğalçılıq siyasəti ilə özlərini saldıqları çıxılmaz vəziyyətdən çıxışın olmadığını dərk edəcəklərinə qədər bu vəziyyət davam edəcək.   

Dəyişikliklərin məzmununda fərqləndirici cəhət klanlararası mübarizədə İrəvan tərəfinin Qarabağ klanını üstələməsidir. Əgər qarabağlılar əvvəlki dövrlərdə şəriksiz hökmranlıq edirdilərsə, indi onların qarşısını güclənən irəvan klanı kəsib. Hakimiyyətdə əsasən yeni hakimiyyətin tərəfdarlarıdır. Lakin fikir və düşüncə köhnələrin tərəfindədir. Bu isə özünü ikitirəliyin yaranmasında göstərir. Qəsbkar olmaq bir yana, əlaltı olmaq iki yana, üstəlik, qərbpərəst də olmaq istəyirlər. Təbii ki, bu istiqamətdə siyasi və iqtisadi mənafelər toqquşur və cəmiyyətdə ziddiyyətlər dərinləşir.

Ertmənistanın Rusiyanın orbitindən çıxmaq ehtimalı sıfır dərəcəsindədir. Hələlik uzun müddətə bu imkan imkansız görünür. Buna səbəb kimi baş nazir Paşinyanın qərbə yönəlik addımlarına rəğmən Moskvanın İrəvana total hücuma keçməsidir. Hücumun mərkəzində Robert Köçəryan durur. Açıq görünür ki, Kreml öz adamından bəhanə kimi istifadə edir. Məsələ burasındadır ki, Ermənistanda hakimiyyət mənsubları bu tryuku başa düşsələr də bir şey edə bilmirlər. Moskva isə erməniləri qızışdırmaqdan əl çəkmirlər. Belə ki, Moskvanın emissarının Ermənistan Konstutisiya məhkəməsinin sədri Qrayr Tovmasyanla özbaşına görüşündən sonra Köçəryanın işində maraqlı hadisə baş verib. Keçmiş prezidentin iki ərizəsi Konstutisiya məhkəməsində baxılmaq üçün qəbul edilib. Hər iki ərizəyə avqustun 29-da birlikdə baxılacaq. Bu hal əslində maraqlı yox, acınacaqlı haldır, ona görə ki, Ermənistanın ali instansiyasının müstəqil olomadığını, Kremlin göstərişləri ilə qərar qəbul etdiyini tərcih edir. Yəni, Ermənistanın bir dövlər kimi müstəqil olmadığını təsdiqləyir. Bu, baş nazir paşinyanın zəif nüfuzunu heçə endirir, ancaq o, buna açıq etiraz edə bilmir.

Digər tərəfdən bu haqdisə Qarabağ klanının ciddi mübarizəyə başladığını da təsdiqləyir. Bu mübarizə qarşısında Paşinyan nə qədər duruş gətirəcək, məlum deyil. O, hakimiyyətə gəlmək üçün xalqa verdiyi vədləri yerinə yetirə bilməyib. İndi İrəvamda deyirlər ki, Niko9l Paşinyanın nağıllarında Ermənistanda hər şey yaxşı və gözəldir. Onun 2018-vi ilin iqtisadi göstəriciləri üzrə hesabatı cəmiyyətdə istehza ilə qarşılanıb. Hətta hökumətə müxalif mövqedə olmayan qəzetlər belə incə yumorla yazdılar ki, “Hökumət öz işini əla yerinə yetirib”. Baş nazirin hesabatına deputatların skeptizmi də kifayət qədər güclü idi.  

Düzdür, Ermənistan işğalçılıq siyasəti yürütdüyünə görə Azərbaycanın iqtisadi blokadasında olduğundan onun inkişaf perspektivləri ölüb. Amma daxili faktorlar da hər hansı irəliləyişə imkan vermir.  Bu tərəfdən də Moskvanın və Qərbin sıxışdırıcı fəaliyyətləri. Paşinyan Konstutisiya məhkəməsinin sədri Tovmasyanın əleyhinə danışır, eks-prezident Serj Sarkisyan isə onun müdafiəsi üçün mitinq keçirməyi planlaşdırır. Erməni ekspertlər bildirirlər ki, bazar ertəsinə planlaşdırılmış mitinq ötən il 2 oktyabrda parlamentdə növbədənkənar seçkiləri tezləşdirmək üçün  təşkil edilmiş qiyama bənzəyir. Deyəsən, köhnə klan bu aksiya ilə revanş almaq arzusundadır. Məqsəd nə olur-olsun, Ermənistanda vəziyyət böhran səviyyəsindədir. Qalib kim olacaq, bunu zaman göstərəcək.

N.NOVRUZ

Sizin Reklam Yeriniz