news Image
2019.06.26
12:30
| A A A
Binali Yıldırım yeni vəzifəsini AÇIQLADI

Binəli Yıldırımın İstanbul bələdiyyə sədri seçkilərində məğlub olmasından sonra siyasətdə qalıb, hökümətdə təmsil olunub-olunmamağı hər kəsin marağına səbəb olub. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş bələdiyyə sədri “Hökumətdə təmsil olunacaqsızmı” sualına "Bundan sonra fəaliyyətinə millət vəkili kimi davam edəcəyəm" deyə cavab verib və sözlərinə belə davam edib: 

“Sadə millət vəkiliyəm. Əsl işimə - deputatlığa qayıtdım. Başqa heç bir planım yoxdur”.

Qeyd edək ki, seçkilərdə 44,99 % səs toplayan Yıldırım 54,21% səs toplayan İmamoğluna məğlub olub.