Əlaqə Arxiv
news Image
2019.06.27
13:23
| A A A
Angela Merkelin halı yenidən pisləşdi

Almaniya kansleri Angela Merkelin halı yenə pisləşib.

Movqe.az-ın məlumatına görə, ölkə prezidenti Frank-Valter Ştaynmayrın keçirdiyi protokol tədbiri zamanı kansler əsməyə başlayıb.

Köməkçilər A.Merkelə su təklif etsə də o, bundan imtina edib. Bir müddət sonra əsmə dayanıb.

Qeyd edək ki, analoji hal iyunun 18-də baş vermişdi. Həmin gün Ukrayna Prezidenti Vladimir Zelenskini qəbul edən A.Merkel dövlət himni çalınan zaman özünü pis hiss etmişdi.

Sizin Reklam Yeriniz