Əlaqə Arxiv
news Image
2019.07.11
08:30
| A A A
Avropada üzüqara olan Ermənistanı Asiyada da saya salan yoxdur
Paşinyan Qərbdə itirdiklərini Şərqdə tapmaq istəsə də yenə istəyinə nail ola bilmədi

Bir vaxtlar, yəni yaxın keçmişdə, Serj Sarkisyanın hakimiyyətdə olduğu dövrdə ermənilər Avropa İttifaqı ilə sıx əlaqələr yaratmaq arzusu ilə yaşayırdı. Çünki, Avropada pul vardı və həmin var-dövlətdən pay qoparmaq Ermənistana hava-su kimi lazım idi. Ona görə ki, bu ölkədə “ağıllı-başlı” dəyəri olan istehsal yoxdur və yalnız başqalarının yaratdıqlarını əldə etmək ermənilərin “təmizqanlı” şakəridir. Amma inqilabdan sonra ermənilərin ağızları Avropa sarıdan yaman yandı. Çünki, Qərbdən aldıqları pulla inqilab edəndə verdiklər vədlərin heç birini yerinə yetirə bilmədilər, başqa sözlə, Qərbin gözləntilərini doğrultmadılar.

“İnqilabi” hakimiyyətdən gözləntilərin doğrulmaması, təbii ki, Qərbin pul kisəsinin ağzını bağladı. Bu da ermənilərin gözləntilərinin doğrulmaması demək idi. Axı, hap-gopla vəsait qopatmaq, ah-nalə ilə ianələr toplamaq bu toplumun ən yaxşı bacarıqları sırasına daxildir. Amma daha bıçaq sümüyə dirənmişdi və kələkbazlı keçmirdi. “Bəs, nə etməli?” məşhur sualı Paşinyanın gecəsini-gündüzə qatmışdı. Axı, xalq çörək istəyir, bir vətənpərvər kimi bu dərdə necə dözmək olardı. Nə olsun ki, hökumətin vəzifədi iqtisadiyyatı inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, xaricdən investisiyalar cəlb etmək, əlverişli biznes mühiti yaratmaqdır. Ermənilər üçün bu vəzifələr dövlət stereotiplərinin mköhnəlmiş variantıdır. İndiki zaman vəxiyyəti dəyişir və ermənilər üçün müasir iş manevrlərinin axtarılmasını tələb edir. Paşinyan məşhur sualın cavabını belə tapır ki, fırıldaqlar üçün yeni bazarlar axtarmaq lazımdır. Buna görə də o, Avropanı itirdiyindən Asiyaya üz tutub və Vyetnama və Sinqapura səyahətə gedib. Düzdür, dövlət vəsaiti hesabına olduğu üçün buna rəsmi don da geyindirmək olar. Amma hər bir halda mahiyyətinə görə səyahətdən o yana heç bir keçid olmayıb.

Görəsən, Paşinyan bunun bir niyəsi barədə düşünə bilirmi? Vyetnamda Ermənistanın əsas idarəedici şəxsini prezident qəbul etməyib. Halbuki, etməli idi, çünki Vyetnamın əsas idarəedici şəxsi prezidentdir.  Nazirliklərdə və digər idarələrdə baş tutan girlənmələr isə vaxtın havayı itirilməsinə gözəl nümunədir. Ona görə ki, ortada nə bir müqavilə var, nə də heç olmasa bir memorandum. Heç, Vyetnamda erməni diasporu da yoxdur ki, onlarla yalan-palan bir görüntü yaradıb özünü piar edəsən.

Paşinyan adətinə xilaf çıxmadan səylə ölkəsini tərifləyib və onun imkanları barədə pafosla danışaraq İran, Gürcüstan və диэяр бирсыра bazarlara Ermənistan vasitəsilə çıxmağın səmərəliliyindən dəm vurub. Qəribədir, iş adamları minlərlə kilometr yolu gəlib Ermənistana çıxıb, sonra da mallarını geridə qalmış çoğrafi məkanlara qaytarmaqla hansı iqtisadi mənfяəti əldə edə bilərlər. Vyetnamda və Sinqapurda Böyük İpək Yolunun varlığından xəbərdardırlar və lazım gələrsə, Azərbaycandan keçən bu marşrutla İran və Gürcüstana, eyni zamanda Avropaya rahat və ucuz qiymətə mal göndərə bilərlər. Üstəlik, Ermənistandan fərqli olaraq, Azərbaycan bu ölkələrə investisiya da yatırmaq imkanına malikdir. İndi asanlıqla başa düşmək olar ki, iş adamları hansı tərəfə meyil edərlər.

Bəs, Sinqapur?! Sürətlə inkişaf edən bu kiçik və boyuna görə qüdrətli dövlət Ermənistanla iqtisadi-siyasi əlaqələrdən nə qazana bilər? Təbii ki, heç nə. Çünki, indi Sinqapur öz qonşuları ilə Ermənistan üçün əlçatmaz olan informasiya texnologiyaları, investisiyaların cəlb edilməsi, müasir mtexnologiyalarla işləyən sənaye müəssisələri sahəsində səmərəli əməkdaşlıq edir. Ermənistan kimi uzaq və cahil bir dövlətlə əlaqə qurmaq üçün heç olmasa əlverişli biznes mühütinə ümid olmalıdır ki, yatırım edib gəlir götürə biləsən. Əks halda hansı investor pulunu göyə sovurar. Ermənistanın statistika komitəsinin yaydığı məlumatda bildirilir ki, 2019-cu ilin birinci rübündə qoyulan investisiyanın məbləği inişilkindən 8 milyon dollar az olub. Zəif iqtisadiyyata malik bir ölkə üçün bu çox böyük rəqəmdir. Bu dübut edir ki, investorlar bir Ermənistana gələndə sevinirlər, bir də oradan qaçıb pullarını qoruyanda. Yüksək idarəetmə strukturuna malik Sinqapur hökuməti belə bir ölkəyə investisiya yatırarmı? Qətiyyən!

Yox, heç şübhəsiz, Paşinyan bu məsələlərin gərqinə varır. Amma özünü o yerə qoymur. Sinqapurda baş nazir əlacı onda görüb ki, 5-10 nəfərlik diaspor üzvünü yığıb ölkənin rəmzi olan orxidey gülünün erməni Aşxen tərəfindən yeni “növünün” yaradılmasını qeyd etsin. Burada “nasir erməni yaradıcılığı” barədə xəyallar uyduran Paşinyana xatırlatmaq yerinə düşər ki, bu gülün dünyada 800 növü və 35 min törəməsi yayılıb. Erməni dahiliyinin məğzi 35001-ci yerlə ölçülürsə, onda xəyalların heç nəyə gücü çatmaz. Yəni, Ermənistana Sinqapurdan investisiya gözləməyin. Xalqa çörək vermək üçün real iş görmək, Qarabağ münaqişəsi üzrə substantiv danışıqlar aparmaq, təcavüzkar siasətdən əl çəkmək və uzaq səyahətlərə çıxmaqdansa, Azərbaycanla münasibətləri düzəldib, onun inkişafından bəhrələnmək daha faydalı olar.

N.NOVRUZ

Sizin Reklam Yeriniz