news Image
2019.07.12
08:15
| A A A
Azərbaycanı böyük uğurlara qovuşduran lider
Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə böyük uzaqgörənliklə və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaradıb

50 il əvvəl hərarətli 14 iyulda Azərbaycan KP MK-nın birinci katibi seçilən улу юндяр Heydər Əliyevin hakimiyyətə gəlişi ilə respublikanın ictimai-siyasi həyatında yeni mərhələ başlayıb və coşqun yüksəlişin təməli qoyulub. Əslində, улу юндяр həmin vaxta qədər də hakimiyyətin yüksək eşelonunda təmsil olunurdu. Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsi буну реал эюстяриъиси idi. Qürurverici məsələ o idi ki, həmin dövrdə müsəlman müttəfiq respublikalar arasında ilk dəfə olaraq Azərbaycanda milli kadr DTK sədri təyin olunurdu. Heydər Əliyev məhz xüsusi qabiliyyəti və böyük istedadı ilə bu təyinata nail olmuşdu. Respublikanın rəhbəri olmaq isə vəzifə pillələrində ləyaqətli və fədakar əmək hesabına qalxmaq sayəsində əldə edilmişdi.

Ötən əsrin 50-ci illərində Azərbaycanda üzdə olan gənc kadrlar içərisində ən perspektivli nümayəndə мящз Heydər Əliyev sayılırdı. Jurnalistlik fəaliyyətimdə ulu öndərin universitetdəki tələbə yoldaşlarından biri-Seyfəli Hacıyevlə tanışlıq mənə nəsib olub. Seyfəli müəllim danışırdı ki, tələbə yoldaşları Heydər Əliyevə respublikanın rəhbər vəzifələrinə ən layiqli namizədlərdən biri kimi baxırdılar. Hamıda onun gələcəyinə böyük ümidlər vardı. Çünki, dərslərdəki fəallığı, tarixi faktların təhlili ilə bağlı irəli sürdüyü mühakimələr, səlis nitq qabiliyyəti, dolğun və təmkinli davranışı ilə seçilir və həmişə inamla danışırdı. Belə bacarıq sahibi olmaq idarəetmə sahəsində çalışan rəhbərlər üçün xarakterikdir. Bu mənada belə bir fikirdə bulunmaq tamamilə məntiqidir ki, Azərbaycanın rəhbəri olmaq Heydər Əliyev dühasının alın yazısı imiş.

1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik edən Heydər Əliyevin dövründə idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması, ölkədə perspektivli insan kapitalının formalaşması istiqamətində tədbirlər həyata keçirilib.

Azərbaycanın əmək həyatında бaş verən yüksəliş yorulmaq bilmədən gecə-gündüz çalışan birinci katibin gərgin əməyinin nəticəsi idi. Həmin dövrdə Azərbaycanda yüngül sənaye (tikinti, cihaz və neft maşınqayırma sənayesi) inkişaf etdi. Bütün yaşayış məntəqələrində – şəhələrdə, qəsəbə və kəndlərdə  əhalinin mənzil-məişət şəraiti, ümumiyyətlə, sosial vəziyyəti kökündən yaxşılaşdırıldı. Hazırlanan strateji proqrama əsasən, ötən əsrin 70-ci illərində Azərbaycan başdan-başa əzəmətli tikinti meydanına çevrildi. Yaşayış məntəqələrinə elektrik enerjisi verildi, qaz kəməri, telefon xıtti çəkildi. Ümumiyyətlə, ölkənin hər yerində infrastruktur yaradıldı, yeni xidmət sahələri açıldı.  Artıq Azərbaycan Sovet İmperiyası çərçivəsində öz infrastrukturuna görə digərlərini qabaqlayırdı. Amma bu hələ son deyidi.

Heydər Əliyev  Azərbaycan iqtisadiyyatını ittifaq asılılığından xilas etdi. Ümummilli lider hələ o illərdə Azərbaycanın gələcəyini hesablayır, bugününü qururdu. O, Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolun istiqamətini o vaxtdan müəyyən etmişdi. Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın hər bir yerində nəhəng layihələr, yenidənqurma işləri həyata keçirilib.

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə böyük uzaqgörənliklə və müdrikcəsinə Azərbaycanın gələcək müstəqilliyinə hərtərəfli zəmin yaradıb. 1993-2003-cü illərdə ümummilli liderin mükəmməl idarəçilik məktəbi sayəsində ölkəmiz keçid dövrünün çətin labirintlərindən uğurla çıxdı. 1996-cı ildən Azərbaycan yenidən dirçəliş mərhələsinə qədəm qoydu. 1996-2003-cü illərdə ölkəmizdə bütün makroiqtisadi göstəricilər 2-3 dəfə artdı. Ölkədə 3 min yeni sənaye müəssisəsi yaradıldı.  2003-cü ildən ötən zaman kəsiyi də ümummilli lider Heydər Əliyevin ideya və idarəçilik məktəbi davam etdi. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanı Heydər Əliyev yolu ilə apararaq regionun lider dövlətinə, dünyada söz və nüfuz sahibinə çevirib. 

N.NOVRUZ