Əlaqə Arxiv
news Image
2019.07.16
08:15
| A A A
Ermənilər çıxış yolunu yenə səhv istiqamətdə axtarırlar
Özünü günahkar bilməyənlər rollarından asılı olmayaraq siyasətdə uduzurlar

Bu günlər erməni cəmiyyətini yenə qızğın mqzakirələr başına alıb. Avropa İttifaqı Şurasının  prezidenti Donald Tuskun İrəvana səfəri günlərində - iyulun 10-da İrəvan İES-də və Razdan İES-in 5-ci blokunda qəzanın baş verməsi nəticəsində bütün Ermənistan ərazisi qaranlığa bürünüb.

İqtisadi, siyasi və hətta məməvi cəhətdən zəif bir ölkənin başına gələ biləcək məntiqi bəladır. Amma özündən razı ermənilər məsələyə başqa don geyindirərək bunu xaricdən gələn böyük təxribat kimi qələmə verməyə çalışırlar. Onlar bugünkü ağalamalı vəziyyətlərini yaddan çıxarıb vəziyyəti 90-cı illərin blokadası ilə müqayisə edirlər, guya ki, indi “qaz vurub, qazan dolduran” çağlarıdır. Halbuki, Rusiyadan aldıqları qazın qiymətinin 5-10 dollar artmasını əngəlləmək üçün “Qazprom”a yalvarıb-yaxarırlar. Çünki, “bir həsirdirlər, bir də məmmədnəsir”, heç indi qaz almağa gücləri çatmır, artandan sonra necə alacaqlar.

Ermənistanın Milli təhlükəsizlik xidmətinin rəisi Artur Vanesyan hökumətin iclasında energetika sahəsində baş verən qəzanın araşdırılacağı barədə məlumat verib. Lakin onun məlumatı cəmiyyətdə şübhə və istehza ilə qarşılanıb. Belə ki, analitik Samvel Ohanesyan onun vədini “ort-basdır”ın həqiqi səbəblərinin axtarışı kimi qələmə verib. Çünki, Ermənistanda baş verənləri gizlətmək və cəmiyyətə, ətraf aləmə təsadüflər haqda mahnılar oxumaq vərdişi tarixi və güclü simptomdur. MTİ-nin sədri iclasın səhərisi ilkin məlumatın olduğunu, lakin həqiqəti aydınlaşdırmaq üçün dərin araşdırmalara ehtiyac olduğunu bildirib.

Bu arada Paşinyanın tərəfdarları yenə günahı Rusiyada axtarmağa başlayıblar. KİV-də gedən materiallarda qəzanın Robert Köçəryanın həbsi ilə əlaqədar qisas alınması, dövlət təhlükəsizliyinə təıhdid yaxud Donald Tuskun yanında ölkəni biabır etmək kimi səbəblər göztərilir. Təsadüf barədə danışanlar da var, lakin tərəddüdlə. Əsas bəla isə ondadır ki, ermənilər özlərini heç bie məsələdə günahkar saymırlar. Yəni, söhbət Paşinyan və başının dəstəsindən gedir. Köhnələri isə yuyub sərirlər. Aram Amatuni yazır ki, “Ermənistan üçün dövlətin öz suverenliyini bərpa etmək prosesində olduğu dövrdə iri qəza baş verir”. Prinsipcə, Amatunini haqlı saymaq olar: məxməri inqilabdan sonra Ermənistanda həqiqətən mürəkkəb vəziyyət yaranıb. Serj Sarkisyanın vaxtında hər kəs başını aşağı salıb var-dövlət yığmaqla məşğul idi. Moskvadan nə deyirdilərsə, “bəli, baş üstə” cavabını alırdılar. Amma indi məsələ dəyişib. Çünki, ortada “qərbin bağmağı” var. İnqilabçı ünsürlər Paşinyanın rəhbərliyi ilə Rusiya və Qərb arasında “səkkislik” vurur. Buna görə də “nə ondandır, nə də bundan”. Xalq çörək istəyir, Paşinyan xəyallardan dəm vurur.

Köçəryan və Serj dönəminin əsas günahı o idi ki, bu adamlar cinayətkar idilər. Həm işğalçı kimi, həm də qatil kimi. Paşinyanın da günahı odur ki, suverenlikdən danışır, amma işğalçı dövlətin suveren ola bilməyəcəyi haqda düşünə bilmir. Başa düşsə anlayar ki, Ermənistan öz siyasətinin qurbanıdır və nə qədər ki, Azərbaycandan qoşunlarını çıxarmayıb, işğalı davam etdirir, Cənuubi Qafqazda ona xoş güzəran olmayacaq. Getməyə isə yeri yoxdur. Gedə bilirsə, buyursun getsin. Hətta apara bilirsə Qarabağı da götürüb aparsın. Ağlı başnda olan kəs bilir ki, bu mümkün deyil. Əgər Ermənistan baş verən qəzaların əsas səbəbkarının özü olduğunu bilməyəcəksə, ona belə hadisələr davamlı olacaq. Söhbət kənar müdaxilədən getmir. Ölkənin öz mövcud durumu buna gətirib çıxaracaq.

N.NOVRUZ

Sizin Reklam Yeriniz