news Image
2012.05.05
19:26
| A A A
"Azərbaycan dünyada sülhün, təhlükəsizliyin təmin olunmasına çalışır"
Əli Əhmədov: "Azərbaycan dünya birliyində qəbul olunan və hörmətli dövlətlərdən birinə çevrilib"

"BMT Təhlükəsizlik Şurasında qəbul olunan müddəaları yüksək qiymətləndirirəm. Azərbaycan artıq dünya birliyində qəbul olunan və hörmətli dövlətlərdən birinə çevrilib. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi onun bu missiyanı öz üzərinə götürməsindən xəbər verir". Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə verdiyi açıqlamasında deyib.
Ə. Əhmədovun sözlərinə görə, Prezident İlham Əliyevin bəyan etdiyi kimi Azərbaycanın xarici siyasəti bütövlükdə sülhə, təhlükəsizliyə xidmət etməkdir. YAP-ın sədr müavini qeyd edib ki, Azərbaycanın işğala məruz qalmasına baxmayaraq daim sülh və əmin-amanlıq uğrunda mübarizə aparır. Bu mübarizəni hazırda BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə də həyata keçirir.
"Güman edirəm ki, Azərbaycanın bu missiya çərçivəsində atdığı addımlar bütün dünya dövlətləri tərəfindən qəbul olunacaq. Çünki Azərbaycan ədalət uğurunda mübarizə apardığını bəyan edib və dünyada bu sahədə ciddi bir çatışmazlığın olduğunu xüsusi şəkildə etiraf etmək lazımdır . Ümid edirik ki, Azərbaycanın bu sahəyə verəcəyi töhfələr kifayət qədər tutarlı olacaq,"- deyə Ə. Əhmədov sözlərinə əlavə edib.