Əlaqə Arxiv
news Image
2019.07.17
07:31
| A A A
S-400 оlayı Qafqazda geosiyasi vəziyyəti dəyişir
Ermənistan regionda daha zəif duruma düşəcək

Nəhayət vaxt-vədə yetişdi və Türkiyə söz-söhbəti çoxdan gedən S-400 zenit-reaktiv raket sisteminin alınmasını reallaşdırdı. Rusiya ilə aparılan bu sövdələşmənin ən qatı əleyhdarı ABŞ oldu. Bunun da konkret səbəbləri var. Müxtəlif səviyyələrdə bu səbəblər barədə müxtəlif arqumentləşdirilmiş versiyalar irəli sürülür.

Türkiyənin müdafiə naziri Hulusi Akarın bildirdiyinə görə, amerikalılar ehtiyat edirlər ki, Türkiyə ABŞ ordusunda olan ən müasir F-35 qırıcı təyyarələrinin kodunu bu sistemə yükləyər və avtomatik olaraq informasiya Rusiyanın əlinə keçmiş olar. Bu isə o deməkdir ki, F-35-ləri qarşı tərəfin neytrallaşdırması reallığa çevrilər. Lakin amerikalı siyasətçilərin rəhbərlik etdiyi Qərb strateqlərini Türkiyəni zəiflətmək yolunda gördükləri işlərin fonunda belə bir sual durur: Doğrudanmı ABŞ Rusiyanın təyyarə kodunu ələ keçirməsindən narahatdır? Bəlkə elə Türkiyənin bu kodu S-400-ə daxil edib özünü ehtimal edilən hava hücumlarından etibarlı müdafiə sistemi qurması ABŞ-ı narahat edir?!

Məsələ burasındadır ki, amerikalılar Türkiyəni NATO üzvü olması səbəbincə Rusiyadan silah almasını bir növ xəyanətkarlıq kimi qiymətləndirirlər. Ancaq, unudurlar ki, onlar müttəfiqimiz dedikləri Türkiyəyə özlərinin “Patriot” raketlərini satmaqdan imtina etmişdilər. Çünki, Qərb sürətlə inkişaf edən Türkiyənin güclənməsini istəmirlər. Bu, onların geostrateji planlarının tərkib hissədidir. 2015-ci ildə Türkiyədə dövlət çevrilişinə cəhd hadisəsində də Qərbin iştirakı haqda mətbuatda xeyli faktlar və sübutlar dərc olunub. Belə olan halda ABŞ-ın “incikliyi” təəccüb doğurur. S-400 sistemlərinin Türkiyəyə çatdırılması ilə əlaqədar Rəcəb Tayyip Ərdoğanın gətirdiyi atributlar da maraq doğurur. O bildirib ki, Türkiyə bu sistemləri əldə etməklə üzvü olduğu NATO alyansının gücünü daha da artırıb.

Beləliklə, okeanın o tayından gələn sanksiya hədə-qorxusuna baxmayaraq, Ərdoğan-Putin anlaşması həyata keçdi və bununla da Rueiya-Türkiyə münasibətlərinin inkişafında yeni mərщяlə başlandı. Nədir bu mərhələnin əsas məğzi? Birincisi, iki ölkənin münasibətlərində tərəfdaşlıq amili müttəfiüliyə doğru güclü addım atmış oldu. Artıq tərəflər arasında hərbi əməkdaşlığın əsaslı təməli qoyulub. Bu sistemlərin öyrənilməsi, daim təzələnməsi və mətbuata sızdığına görə birgə istehsalının qaydaya salınması böyük perspektivə malikdir. İkincisi, Türkiyə onun parçalanmasına və ram edilməsinə çalışan Qərbin qarşısında daha yenilməz görünməyə başlayıb. Yeni “dövlət çevrilişinə cəhd” səyləri çətin ki, bir də geniş şəkildə baş verə bilsin. Çünki, Türkiyə səmasında quş uçsa belə yeni sistemlə məhv edilmək ehtimalı qarşısında olacaq. Üçüncüsü, Türkiyəyə münasibətdə ona yadellilik hissi daşıyan Avropa və ABŞ ona sanksiya tətbiq etməklə özlərinə qəsd etmiş olacaqlar. Belə ki, dünyanın Qərb-Şərq adlanan iki cəbhəyə ayrılması prosesi Türkiyə-Rusiya-Çin-İran simasında güclənəcək və nəticə etibarı ilə Qərb siyasi-iqtisadi alibilərin çoxunu itirməli olacaq.

Prinsip etibarı ilə Türkiyənin Qafqazda nüfuzu artacaq və həlledici əhəmiyyət kəsb edəcək. Qərblə sanksiya müharibəsi aparan Rusiya öz müttəfiqinin nüfuzunun artmasında maraqlı olacaq. Əsas rəqibi olan ABŞ-ın bölgədə nüfuzunun zəifləməsində Çin də istəklərini gizlətməyəcək. Təbii ki, Türkiyə-Azərbaycan oxu Rusiya və İranla çulğalaşaraq beynəlxalq müstəvidə Şərq alyansının aparıcı qollarından olacaq.

Belə bir tendensiya Qarabağ münaqişəsinin həllinə də təsir edəcək. Belə ki, Qafqazda Qərbin hökmranlığının baş tutmaması Rusiyanın bu bölgədə sülhün bərpası üçün daha açıq olmasına gətirib çıxaracaq. Sülh isə ilk növbədə təcavüzkar siyasətin aradan qaldırılması deməkdir. Türkiyə-Rusiya münasibətlərinin möhkəmlənməsi Ermənistan üçün də sülhdən yayınmağa bəhanə saxlamayacaq. Digər tərəfdən bu ölkədə yaxşılığa doğru dəyişikliklərin məhz Azərbaycanla sülh şəraitində yaşamaqla mümkün olkması haqda düşüncəni inkişaf etdirəcək.

Bütün bu səbəblər, ümumiyyətlə, dünyada türk dövlətləri birliyinin daha səmərəli işləməsinə stmullaşdırıcı təsir göstərəcək.

N.NOVRUZ  

Sizin Reklam Yeriniz