Əlaqə Arxiv
news Image
2019.07.17
07:45
| A A A
Moskva İrəvan münasibətləri yenidən gərginləşir
Rus ordusunun Gümrü bazası Paşinyanın rəmzi hədəfindədi

Ermənistanın baş naziri Nikol Paşinyan Robert Köçəryanı birinci dəfə tutduranda Rusiya дювлят башчысы keçmiş prezidenti ad günü münasibətilə təbrik etməklə erməni cəmiyyətini təhdid etmişdi. R.Köçəryanın ikinci dəfə qazamata düşməyi Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin onunla görüşünün təhdidli sədası ilə uzlaşırdı. Bunlar isə aydın şəkildə tək ermənilərə yox, onları tanıyanlara da Kremlin vassalı olduqlarını xatırkadan tryuklar idi. Buna görə də Paşinyan və ətrafı bunlara cavab vermək üçün girəvə axtarırdılar.

Hələ keçən il bu vaxtı Ermənistan müxalifətinin lideri Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında demişdi ki, növbədənkənar parlament seçkilərində Ermənistan Nikol Paşinyan və Karen Karapetyan (o vaxtkı baş nazir-qeyd bizimdir) arasında yox, müstəqilliklə Rusiya vassallığı arasında seçim edəcək. Etiraz aksiyalarının niyə Gümrüdən başladığına işarə edən müxalifət lideri bunu da qeyd etmişdi ki, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası Gümrü şəhərində yerləşir. Paşinyan etiraz aksiyalarının Gümrüdən başladılmasının simvolik məna daşıdığını deməklə Moskvaya sətiraltı “müstəqillik” mesajı vermişdi.

Deyəsən, qisas zamanı gəlib və İrəvan Moskvaya “qulaqburması” vermək qərarına gəlib. Söhbət yenə Gümrüdəki rus hərbi bazasından gedir. REGNUM İA xəbər verir ki, Ermənistanın Dövlət gəlirləri komitəsi bazadakı mağazanı alıcılara mal satarkən qəbz verilməməsinə görə cərimə edib. REGNUM İA-nın müxbiri komitə sədrinin “Təsərrüfat subyektlərinin fəaliyyətinin dayandırılması haqqında” qərarının rəsmi saytda dərc olunmuş mətnini öyrənəndə siyahıda aşkara çıxarıb ki, “Şimali Qafqaz Hərbi Dairəsinin kommersiya fəaliyyəti” federal dövlət müəssisənin filialının fəaliyyəti 10.09.2019-cu ildən 23.09.2019-cu ilə qədər dayandırılacaq. Qərara əsasən Filial “pərakəndə satışla ixtisaslaşmış mağazada ticarət aparmır”. Bu mağaza isə rus hərbi bazasının ərazisində yerləşir. Həqiqətən Ermənistanda kassa qəbzləri verməyən təsərrüfat obyektlərində iş qanunla bir neçə gün dayandırılır. İndi sual olunur ki, niyə bu məsələ indi yada düşür? 

Erməni mətbuatında keçmiş prezident Robert Köçəryana baəlı olduğu deyilən “yerevan.today” portalı yazır ki, cərimə rus səfirinin Köçəryanla görüşündən sonra yazılıb. Çünki, görüş Ermənistan hökumətində həddən ziyadə mənfi qarşılanıb. Cərimə, Rusiyanın AŞPA-ya Rusiyanın qaytarılması zamanı keçirilən səsvermədən sonra İrəvanın Kremlə ikinci zərbəsi sayıla bilər. Amma bütün bu olayları bir-birinə bağlayan bi xətt də var. Bu da hər şeyin keçən il olduğu kimi rəmzi məna daşımasıdır. “Yel qayadan nə aparacaq?” Ermənistan hara vurnuxsa da, yenə də vassaldır ki, vassaldır.

N.NOVRUZ

Sizin Reklam Yeriniz