Əlaqə Arxiv
news Image
2019.07.19
09:39
| A A A
Türkiyənin S-400 alması erməniləri qorxudur
Ermənistan ağasını dəyişməık üçün ən adi vasitəni böyük səbəbə çevirmək istəyir

Bütün dünyanın siyasi platformasına təsir edən hadisə bu günlərdə Türkiyənin Rusiyadan S-400 “Триумф” zenit-raket kompleksini almasıdır. İki ölkə arasında çoxdan bağlanmış müqavilə yerinə yetirilən kimi ABŞ-dan Türkiyəyə qarşı sanksiyalar barədə siqnallar gəlməyə başlayıb. Söhbət Türkiyənin F-35 müasir hərbi təyyarə istehsalında iştirakının məhdudlaşdırılması barədədir. Bu başadüşüləndir, çünki Amerika dünya siyasətinin öncül dövlətlərindən biri, bəlkə də birincisidir. O, müttəfiqi Türkiyənin ABŞ-ın düşmən saydığı Rusiya ilə belə möhtəşəm səviyyədə əməkdaşlıq etməsini həzm edə bilməz. Amma bu cırtdan Ermənistanın Türkiyənin müasir silah almasından niyə qorxuya düşməsi nəsə qəribə gəlir. Axı, S-400-lərsiz də Ermənistan Türkiyə üçün heş bir önəm daşımır. Çünki, terklər erməniləri əliyalın da məhv etməyə qadirdirlər. Demək söhbətin məğzi başqadır.

Ermənistan ağasını dəyişməık üçün ən adi vasitəni böyük səbəbə çevirmək istəyir. Buna görə də hər xırda vasitədən istifadə etməyə çalışır. S-400-də bu istiqamətdə əllərinə düşən girəvədir. Türkiyə politoloqları zenit-raket sistemini paytaxt Ankara ətrafında və Ermənistanla sərhəddə yerləşdirmək barədə fikirlər irəli sürürlər. İndi ermənilər dad döyürlər ki, bəs, onsuz da Ermənistanı Azərbaycanla birgə blokadada saxlayan Türkiyə tərəfdən təhlükə daha da artıb. Buna görə də ABŞ Ermənistanın qayğısına qalmalıdır. Gülüş doğuracaq iddiadır, elə deyilmi?! Əgər Türkiyə Rusiyadan silah alıb onunla müttəfiqlik istiqamətində sürətlə yaxınlaşırsa, onda Rusiyanın müttəfiqi sayılan Ermənistana hücum edərmi? Həm də aldığı zenit-raket sistemi hücum yox, müdaqfiə sistemidir.

İkincisi, Rusiya o dərəcədə maymaqdır ki, Türkiyəyə silah satanda müttəfiqi Ermənistan barədə fikirləşməsin?! Üstəlik, Ermənistanda Rusiyanın iki hərbi bazası mövcuddur. Hətta bu günlərdə Rusiya XİN başçısı Sergey Lavrov mətbuata açıqlamasında Ermənistanı Zaqafqaziyada əsas müttəfiqi adlandırıb. Baş verənlərdən aydın görünür ki, İrəvan erməni siyasəti yeridir ki, bu da ara vurmaqdan başqa heç nəyə yaramır.   

Erməni təhlilçi K.Ambarsumyan faktları tıhriuf edərək yazır ki, “2016-cı ildə biz Azərbaycan, Türkiyə və Rusiyaya qarşı tək qaldıq. Onda yalnız bizim döyüşçülərin görünməmiş qəhrəmanlığı bu üçlüyün Ermənistana qarşı planlarını həyata keçrməyə mane oldu. Onların bizə qarşı təcavüzü təkrarlamamalarına heç bir zəmanət yoxdur. Buna görə ABŞ Türkiyəyə sanksiyaları imkan qədər tez tətbiq etməlidir ki, Ankaraya sübut etsin ki, bizi qorumağa hazırdır”. Bu məsələ barədə dövlət səlahiyyətliləri və hərbi rəhbərlər arasında baştutmuş telefon söhbətləri barədə mətbuatda kifayət qədər ətraflı məlumatlar var. Hətta Rusiya tərəfi də bu məlumatları təsdiqləyib ki, 2016-cı ildə ermənilərin təxribatına cavan olaraq Azərbaycan Ordusu cəmi 4 gün ərzində ermənilərin silahlı qüvvələrini təkbaşına necə pərən-pərən edib. Əgər Moskva işə qarışıb yüksək səviyyədə xahiş etməsəydi, indi Azərbaycan Ermənistanın işğalı altında olan torpaqlarının hamısını azad etmiş olardı. Hələ tarixi torpaqlarımızı demirəm. Bax, budur erməni nankorluğu! İndi deyirlər ki, Rusiya Azərbaycanın yanında olub.

Təkcə bu ilin əvvəlindən baş verən beynəlxalq prosesləri, ABŞ-Azərbaycan, ABŞ-Ermənistan, Ermənistan-Rusiya, Rusiya-Azərbaycan münasibətlərini nəzərdən keçirəndə aydın görünür ki, Ermənistan nəinki regionda, ümumiyyətlə dünyada avsayt vəziyyətdədir. Bu ölkə nə siyasi, nə iqtisadi, nə də hərbi sahədə heç kimə gərək deyil. Sadəcə, başqa ölkələr üçün poliqon rolunu oynayır. Əslində ermənilərin qarşısında bu poliqonluqdan çıxmaq vəzifəsi durmalıdır. Bu isə təkbaşına düzələn məsələ deyil və onun ünvanı okeanın o tayında yox, qonşularla sülh və əmin-amanlıq istiqamətində münasibətlər qurmaqdadır.  

Türkiyənin S-400 sistemi almasını şərh edən Rusiyanın hərbi eksperti Andrey Frolov öz ölkəsinin müttəfiqi olan Ermənistanın heç adını belə çəkməyib. Axı, gərəksiz dövlət kimin nəyinə gərəkdir. Buna görə də ermənilər S-400-dən yox, özünün təcavüzkar siyasətindən qorxub düzgün yol seçsə, müstəqillik yolunda daha səmərəli addımılar atmış olar.

N.NOVRUZ

Sizin Reklam Yeriniz