news Image
2019.07.20
09:30
| A A A
Radikalların mühacir biznesinin iç üzü açılır
Həqiqi müxaliflərdən fərqli olaraq onlar demokratiyanı alverə çevirmək uğrunda savaşırlar

Əli Kərimlinin adı müxalif, özü mafiya olan dəstəsini ifşa edən yeni faktlar sosial şəbəkələri qoynuna alıb. Yumruğunu sıxıb yuxarı qaldırmaqla əhalini itaətsizliyə çağıran bu adam özünü az qala “demokratiyanın atası” kimi təqdim edir. Amma işdə bu “demokratın” əməlləri... Bir neçə il əvvəl oğlunun London kimi bahalı şəhərdə restorandakı kef məclisindən şəkilləri sosial şəbəkəni və qəzet səhifələrini bəzəmişdi. Təbii ki, hər bir insanın restorana getmək, yeyib-içmək, deyib-gülüb şənlənmək hüququ var. Amma həyatın başqa bir yazılmamış, yalnız ciddi şəkildə diqqət yetirilən məqamı var ki, yaşadığı cəmiyyəti bəyənməyən yaxud bəyənməyənlər qəti şəkildə tənqid etdikləri sosial məsələlərdə gərək özləri nümunəvi olsunlar. Təəssüf ki...

İdeal insan, ideal cəmiyyət yoxdur. Amma ideallar uğrunda mübarizə var. Azərbaycanın tarixi buna parlaq misaldır. Xalqımız neçə əsr öz müstəqilliyi uğrunda mübarizə aparıb? Dəqiq hesablamaq çətindir. Amma nəhayətdə arzusuna qovuşub. İndi Azərbaycanda inkişf etmiş cəmiyyət quruculuğu uğrunda mübarizə gedir. Hökumət, dövlət rəhbərliyi öndə gedir. İldən-ilə xalqın güzəranı yaxşılaşır, ona görə ki, məqsədlər aydın, gedilən yol düzgün istiqamətdədir. Təbii ki, bu yolda nöqsanlar çoxdur və bu görünür, tənqid olunur, tədbiot görülür və tədricən aradan qaldırılır. Kim düşünürsə ki, hansısa bir sərəncamla qısa müddətdə nöqsanlar aradan qalxacaq, kökündən səhv edir. Və bir mühüm məsələ də var ki, müxalifət adətən bu yolun tərkib hissələrindən biri olur, əgər konstruktiv mövqe sərgiləyə bilsə.

Bəs, Əli Kərimli müxalifəti necə, cəmiyyətimizin getdiyi yolun tərkib hissəsi sayılırmı? Dərhal sual doğur: hansı işləri ilə? Çünki, bu adamın “müxalifətçilik” stajı ən yüksək müxalif meyarlara cavab verməsi üçün kifayət qədər böyükdür. Amma yenə də təəssüf ki, vaxt böyük, nəticə isə mənfidir. Çünki, tarixi təcrübəyə görə Azərbaycanda sanballı müxalifət olmalı idi. Lakin əvəzində geniş biznes şəbəkəsi var: mühacir biznesi. Bu günlərdə Almaniyada mühacir olan və sosial şəbəkələrdə “Əli Oğuz” kimi tanınan Əli Həsənəliyev Facebook profilində video paylaşaraq belə yazıb: “Bakıda siyasi məhbus həyatı yaşayan onlarla cəbhəçi olduğu halda AXCP sədri Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimov, Məhəmməd Mirzəli, Seyran Rəfiyev avroları Avropada belə yerə səpələyir. Utanmadan alkaşlıq edib, mahnı qoyub kef məclisi qurur”.

Mühacir biznesinin iş prinsipi belədir ki, əvvəlcə səbatsız adamları “cənnət” vəd etməklə müəyyən haqq müqabilində aldadıb Avropaya aparırlar. Təbii ki, artıq neçə illər əvvəldən orada məskən salmış digər “cəbhəçi”lərlə əlaqə, telefon söhbətlər, hansısa Avropa qurumlarının adları hallanan müzakirələr binəva vətəndaşların “gözünə kül üfürməyə” kömək edir. Sonra mafiyanın buradakı qolu bir “siyasi mitinq” təşkil edib camaatı küçələrə çıxarır və qanunsuz aksiyaya görə qanun qoruyucularının təpkisinə tuş gəlir. Seçilmiş adamlar polisin qanuni çağırışlarına itaətsizlik göstərərək vəziyyəti gərginlkəşdirməyə çalışır, hətta əlbəyaxa olmaqdan da çəkinmirlər. Bu zaman məxsusi fotoqraflar, lap adi jurnalistlər və ya vətəndaşlar tərəfindən çəkilən şəkillər sübut kimi işə yarayır. Vəssalam, mühacir dosyesinin əsas sənədi hazırdır: “sərbəst toplaşmaq hüququnun pozulması, polis zorakılığı, həbsxanaya düşmək  və sairə”.

Beləcə, radikal müxalifət və onun “xağ atası” sayılan Əli Kərimlinin siyasi mübarizəsi bundan ibarətdir. Odur ki, yaxın çevrəsi, qohumları xaricdə pulu yerə səpələyirlər. Çünki, havayı qazancdır.

N.NOVRUZ