news Image
2019.08.11
16:00
| A A A
Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, avqustun 11-də Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. 

Bu barədə Movqe.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış, məişət şəraiti ilə tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər.

Hərbi hissələrin komandanlığı ilə keçirilən görüşlərdə valideynləri maraqlandıran məsələlərin müzakirəsi aparılıb, həmçinin qonaqlar və şəxsi heyət üçün mədəni-kütləvi tədbirlər təşkil olunub.