Əlaqə Arxiv
news Image
2019.08.16
12:09
| A A A
DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Dövlət Sərhəd Xidmətinin (DSX) şəxsi heyəti Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildönümünü dövlətçiliyə xidmətdən irəli gələn qürur və fəxarət hissləri, xidmətdə qazanılmış yüksək nailiyyətlərlə qarşılayır. Azərbaycan Sərhəd Mühafizəsinin hər bir xidməti uğurunun arxasında Prеzidеnt, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyеvin ali diqqəti, qayğısı və etimadı dayanır.

DSX-nin mətbuat mərkəzindən Movqe.az-a bildiriblər ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildönümü münasibətilə avqustun 16-da Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi hеyəti Fəxri xiyabanda ulu öndər Hеydər Əliyеvin xatirəsini еhtiramla anıb, məzarı önünə gül dəstələri qоyub.

Sərhədçilər görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə tər çiçəklər düzüblər.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş cəsur Vətən övladlarının xatirəsi anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. Azərbaycanın ilk sərhədçi Milli Qəhrəmanı Eldar Məmmədovun da məzarı ziyarət edilib.

 

Sizin Reklam Yeriniz