Əlaqə Arxiv
news Image
2019.08.21
19:30
| A A A
Yüksək rütbəli məmurlarımız pilotla VİDA MƏRASİMİNDƏ

Bu gün təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev ilə vida mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunan mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyev, Fövqəladə hallar nazirinin müavinləri Etibar Mirzəyev, Faiq Tağızadə, nazirliyn məsul zabitləri, Türkiyə Respublikası hərbi attaşelik aparatının əməkdaşları və ictimaiyyət nümayəndələri, mərhumun xidmət yoldaşları pilotun valideynlərinə və yaxınlarına başsağlığı veriblər.

Sizin Reklam Yeriniz