Əlaqə Arxiv
news Image
2019.08.21
20:00
| A A A
Şəhid pilotun atası: "Oğlum Qarabağı azad etmək arzusu ilə yaşayırdı"

“Mən Rəşad kimi oğulla fəxr edirəm. Qürur duyuram ki, bu gün onun cənazəsi üzərinə üçrəngli Azərbaycan bayrağı sərilib".

Movqe.az xəbər verir ki, bu sözləri təlim uçuşları zamanı həlak olmuş pilot Rəşad Atakişiyevin atası Saləddin Atakişiyev vida mərasimində deyib.

O, təyyarənin qəzaya uğraması nəticəsində həlak olan oğlunun nəşinin axtarışlarının təxrəsalınmaz tədbirlərlə aparıldığına və dəfnin əsgəri ənənələrə uyğun yüksək səviyədə təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlığını bildirib: "Oğlum Qarabağı azad etmək arzusu ilə yaşayırdı. Nə etməli ki, bu ona qismət olmadı. Mən bu gün sizin qarşınızda bir daha söz verirəm ki, iki oğlumla birlikdə Qarabağ uğrunda Ali Baş Komandanın hər bir əmrinə hazıram. Vətən sağ olsun!, Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Sizin Reklam Yeriniz