Əlaqə Arxiv
news Image
2019.08.22
08:05
| A A A
Ermənistanda baş nazir paradoksu
Nikol Paşinyan özünün əksinə gedir

 

Erməni ictimaiyyəti sürətlə indiki baş nazir, keçmiş inqilabçıl Nikol Paşinyanın əleyhinə köklənir. İl yarım əvvəl inqilabçıların çağırışı ilə dəyişikliklər arzusunu reallaşdırmaq üçün  küçələrə tökülüşüb hay-küy salanlar indi peşimançılıq hissi keçirirlər. Ən azından qəzetlərdə və saytlarda baş alıb gedən tənqidi materiallar bu fikrin vazkeçilməş arqumentidir.

Paşinyanın sonuncu mitinqindən (17 avqust 2018-ci il) bir il vaxt keçib. Həmin isti avqust günündə o, 100 günlük hakimiyyəti barədə pafoslu fikirlər irəli sürmüşdü: “Biz sizə vəd vermişdik ki, Ermənistan Respublikasının bütün soyğunçularını növbə ilə aşkara çıxaracağıq və biz növbə ilə onları aşkara çıxarırıq. Ancaq mən demək istəyirəm ki, korrupsiya ilə mübarizədə bizim vacib vəzifəmiz qazamatların doldurulması yox, sizdən oğurlanmış pulların qəpiyinədək xalqa və dövlətə qaytarmaqdır”.

“1in.am” saytında bu hadisəni yada salan Sarkis Arsruni təəssüf içərisində qəzəblə qeyd edir ki, ötən bir il ərzində əvvəlki rejimin korrupsiyada fərqlənən nümayəndələri haqqında nəinki antikorrupsiya hökmü çıxarılmayıb, hətta, Robert Köçəryan istisna olmaqla, oğurladıqları ilə azadlıqda sərbəs şəkildə keflərini sürürlər, bəzi hallarda isə yeni hakimiyyətlə açıq və ya örtülü əməkdaşlıq edirlər. Məsələn, İşxan Zaxaryan kimi milyonları yeyib dağıtmış bir adam Ümumerməni oyunlarının təşkilatçılığını edir və onun legitimliyini bir neçə dəfə baş nazir Nikol Paşinyan və baş nazir müavini Tuqran Avinyan təsdiqləyiblər.

Nikol Paşinyanın “əsrin rüşvətxoru” elan etdiyi və 14 milyonluq rüşvət aldığı iddia edilən keçmiş təbiəti mühafizə naziri Aram Arutyunyan isə hüquq-mühafizə orqanlarından uğurla “gizlənir”. Arsruni qeyd edir ki, belə çıxır əsgər “tuşonka”larını oğurlayan Manvel Qriqoryan Ermənistanın ən böyük rüşvətxoru imiş. 

Günlər keçir, vaxt ötür, Paşinyanın vədləri isə vəd olaraq qalır. Ermənilər bu rəhbər tərəfindən də aldandıqlarını dərk edirlər. Yerli müşahidəçilərin təbirincə, “hökumətin cinayətkar hərəkətsizliyi fonunda məhkəmə hakimiyyəti inqilabi gündəliyi açıq şəkildə pozdu və Paşinyan hökuməti emosional və tələsik addımları ilə, mahiyyətcə konseptual qərarların olmaması nəticəsində, vettinq və ədalət məhkəməsinin keçid alətlərinin tətbiqi prosesini, Konstitusiya Məhkəməsi ətrafında yaranan böhranı əhəmiyyətli dərəcədə uğursuzluğa düçar etdi. Üstəlik, hökumətin peşəkarlığının olmaması və çaşqınlıq 1 mart hadisəsinin legitimsizləşmə hədəsi ilə üzbəsurət qalıb.
Bununla belə, xarici siyasət Nikol Paşinyanın və komandasının “Axilles dabanı” olaraq qalmaqda davam edir. Bəzən elə gəlir ki, hakimiyyətin başında xarici siyasət haqqında dərin düşüncəyə sahib olan adam yoxdur. “... Birmənalı şəkildə deyə bilərəm ki, Ermənistan-Rusiya münasibətləri nəinki pis deyil, əksinə Respublikaçılar və onların peyklərindən fərqli olaraq, Ermənistan-Rusiya münasibətləri əladır və daha yaxşı olacaq. Demişdik ki, xarici siyasətdə reveranslar olmayacaq və siyasi məqsədlərimizdən biri də Ermənistan-Rusiya dostluğunu dərinləşdirmək və Ermənistan-Rusiya münasibətlərini yeni səviyyəyə qaldırmaqdır. 3 ay əvvəl Ermənistan-Rusiya münasibətlərinin yeni səviyyəyə qalxacağını vəd etmişdim və bu gün demək istəyirəm ki, müvafiq prosedurlardan keçdikdən sonra üçüncü respublikanın və Sovet İttifaqının dağılmasından sonra yeni müstəqil tariximizdə görünməmiş ortaq Ermənistan-Rusiya humanitar layihəsi haqqında məlumat əldə edəcəksiniz. Bu, presedenti olmayan əməkdaşlıq olacaq və münasibətlərimizi yeni səviyyəyə qaldırmaqda ardıcıllığımızın konkret sübutu olacaq” Nikol Pashinyan bir il əvvəl keçirilən mitinqdə demişdi.

Lakin Paşinyanın vədləri havadan asılı qaldı və onun fəaliyyəti yalnız Vladimir Putinin məmnunluğunu təmin edən qərarlardan ibarət oldu. Bəli, Rusiya razı qalsa da, o biri tərəfdən Amerika ermənilərdən narazı qaldı. Halbuki, erməni inqilabının hərəkətverici qüvvsi məhz okeanın o tayından bəhrələnmişdi. Belə çıxır ki, Nikol Paşinyan indi özünün əksinə hərəkət edir. Çünki, bir il əvvəl meydanlardan yığışmayan bu adam indi ölkə gündəmini zəbt etmiş Amulsar probleminə görə Cermuka getməkdən imtina edir, gözləyir ki, şəhər rəhbərləri onun yanına gəlsinlər. Bir il əvvəlki demokrat indi bürokrat cildindədir. Erməni inqilabçılarını umsuq edən də budur.

N.NOVRUZ
 

Sizin Reklam Yeriniz