Əlaqə Arxiv
news Image
2019.08.22
08:30
| A A A
Radikal müxaliflərin yeni qaranlıq maliyyə əməliyyatları
Əli Kərimli və onun xarici havadarlarının birgə biznesi ilə bağlı maraqlı məqamlar üzə çıxır

 

Radikal müxalifət yayın sonuna yaxın əl-qolunu yenə çırmalayıb, sosial şəbəkəni “partlatmaq” eşqinə düşüb. Amma belə görünür ki, partlayan özləridir - hirs-hikkədən, uğursuzluqdan, xalqın nifrətini qazanmaqdan...

Hə, payız gəlir, yay fəslinin kef-damağını xarici ölkələrdə dollarları sağa-sola səpələməklə çıxaran radikal “rəhbərlərin” (oxu: siyasi biznesmenlərin) balaları yeni “dərs” ilinə yeni dollar dəstləri tələb edirlər. Bu da stajlıları yeni biznes sahələri əldə etməyə, havadarlarının tapşırıqlarına uyğun böhtan ritorikasını gücləndirməyə şövqləndirir. Heç şübhəsiz, radikalların başında yenə də Əli Kərimlidir. Bu adam şakərindən əl çəkmir. Belə ki, ağzına və ağlına nə gəldi danışır. Malı-mala qatır. Hər gün də gah “meydan.tv” adlanan bəsit internet televiziyasında, gah riyakar təbəssümlü Sevinc xanımın duzsuz youtube kanalında bütün məsələləri qarışdırır və tövşüyə-tövşüyə küçə xırdavatçıları tək düdüləyib tökür. Çünki, hazırda beynəlxalq hegemonluq arzuları ilə yaşayan dövlətlərin hökumətləri və ayrı-ayrı oliqarxlar digər ölkələrin daxili işlərinə qarışmağın, onlara qarşı təbliğat aparmağın, seçki proseslərinə müdaxilə etməyin yeni formasını sınaqdan keçirirlər. Bunlardan biri internet televiziyalardır. Müxalifəti dəstəkləməyin və maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan və digər texnologiyalardan geniş istifadə edən bu qüvvələrin fəaliyyəıtində ən acınacaqlı məqam odur ki, ayrı-ayrı yad və təhlükəli maraqlar naminə Azərbaycana qarşı çirkin yalan və böhtan kampaniyasında siyasi mühacir kimi sığınacaq verilmiş və təbii ki, ələ alınmış və ya satılmış azərbaycanlı müxalifət təmsilçiləri qrant uğrundə ürəkbulandıran bəhsə giriblər. Yalnız sadəlöhv adamlar düşünə bilər ki, internet TV-lər məhdud maliyyə resursları ilə yaradılır və işlədilir. Sığınacaq tapdığı ölkədə heç bir işlə məşğul olmayan “bir həsir, bir məmmədnəsir” olan insanın malik olduğu resurslar internet TV işlətmək kimi heç də az vəsait tələb etməyən məşğuliyyətlə adekvat deyil. Həmin adamlara lazımınca maliyyə dəstəyi edilir. Sözügedən TV sahiblərindən biri təkcə reklamına ayda 10 min dollar pul xərcləyir.

Söhbət Azərbaycana qarşı geniş təbliğat şəbəkəsinin yaradılmasından gedir. Satılmışların rəhbəri də xalqın adından cəbhə forması ilə danışmağa çalışan Əli Kərimlidir.

Əli Kərimli nahaq danışır və bunun məsuliyyəti onun üzərindədir. Amma, xalq onu dinləyib feyziyab olurmu? Bunu yəqin etmək üçün onun bircə çıxışına qulaq asmaq kifayət edir. Çünki sosial şəbəkələrdə bu dil pəhlivanına elə auditoriyanın içərisindən tutarlı təpkilər göstərilir. Pərvin Quliyev adlı şəbəkə istifadəçisi Ə.Kərimlinin çıxına görə yazdığı statusda bildirir ki, 15 ildir boş-boş çərənləyirsən, nə ideyan var, nə də strategiyan. “15 il” məsələsi heç kimi çaşdırmasın. Görünür, istifadəçi gəncdir və 60 yaşına yaxınlaşan Ə.Kərimlinin gətirdiyi faktlar və sitatlar nimdaşlığına görə bugünkü gəncliyin siyasi-mənəvi tələbatını ödəmir. Niyə? Ona görə ki, reallıqları saxtalaşdırır.

Amma Əli Kərimlinin gözlərini xaricdən əldə edilən pul necə tutubsa, dildə nə danışdığının  fərqinə varmır. Açıq-aydın görünür ki, havadarlarının tapşırıqlarına əsasən yalnız tənqid və təhqir söyləməli olan bu adam boğazının yoğun yerinə salıb yüksək intonasiya ilə hakimiyyəti tənqid edəndə, əslində Azərbaycanda gedən demokratik quruculuq prosesinin uğurlarını təsdiqləmiş olur. Onun çıxışından fraqment: “Bu gün Azərbaycanda fermer də, adı vətəndaş da, bankda pulu batan şəxs də, məmur özbaşınalığından əzab çəkən sakinlər də şikayət edir, səsini ucaldır”.  Bəli, doğrudur! Vaxt vardı adi məişət və yaşam problemləri barədə danışmaq, şikayət etmək, narazılığını ifadə etmək mümkün deyildi və faydasız idi. Ancaq bu gün hökumətin bütün sahələrdə apardığı sürətli quruculuq işləri öz bəhrəsini verib. Vətəndaşlar narazı qaldıqları və ya hansısa fırıldaqçı dəstənin toruna düşdükləri barədə səlahiyyətli qurumlar qarşısında məsələ qaldırır və ölkə rəhbərliyi ən yüksək səviyyədə ədalətin bərpasına və ya sosial çətinliklərin dəf olunmasına ciddi səy göstərir və vətəndaş məmnunluğunu təmin edir. Belə olan halda təbii sual doğur: niyə radikallar əllərində fakt olmaya-olmaya reallıqları intonasiyalı danışıqları ilə inkar etməyə çalışırlar? Bu sualın cavabı da sosial şəbəkələrdə aydın əks olunur. Əfsanə Əliyeva​ adlı gənc xanım yazır: “Bu radikallar anlamırlar ki, havadarları onlardan araba atları kimi, yaxud siyası ambisiyalarını həyata keçirmək məqsədilə istifadə edirlər”. Havadarları... Təbii ki, onların siyasi maraqları var və bu marağı radikallar qrant şəklində və ya gizli bank hesablarına yatırmaq yolu ilə aldıqları pulların müqabilində təmin edirlər. Bu amilləri nəzərdə tutan Məzahir Heydərli adlı istifadəçi də Əli Kərimlini tənqid atəşinə tutur: “Siz sifariş alıb danışırsınız. Hər kəs İlham Əliyevi dəstəkləyir!” Bu, xalqın, müasir Azərbaycan gəncliyinin səsidir. Qranta görə Vətənini  satmaqdan çəkinməyən radikalların bu səsdə payı yoxdur.

Radikalların bir şakəri də var. Ötən əsrin 70-ci illərində “Azərbaycan gəncləri” qəzetində işləyən məşhur jurnalist Mürşüd Dadaşov “Girdim bağın küncünə” adlı felyetonunda səsi və istedadı olmayan yararsız müğənniləri tənqid edərək yazmışdı ki, belə müğənnilər mahnının zil güşələrini oxumağa gücləri çatmayanda ayaqlarını yerə döyməklə dinləyicilərin diqqətini yayındırmağa çalışırlar. İndi Əli Kərimli də dadanıb söyüşə, hakimiyyəti tənqid etməyə fakt tapmadığından tez-yez gücünü verir söyüşə, gənclərin başını söyüşlə qatmağa çalışır. Təbii ki, söyüşün gözünə böhtan atmaqdan da çəkinmir, necə deyərlər, “islanmışın yağşdan nə qorxusu”, söyüş söyən böhtan da atar, hələ o tərəfə də keçər, təki sifarişçidən maliyyə vəsaitini qopara bilsin. Amma adamda üz yaxşı şeydir. Ə.Kərimli indi də iddia edir ki, Azərbaycanda 7 milyon əhali var. Bir radikalın ki, gözü 10 milyonu ötmüş sayı 7 milyon görür, daha ona siyasi ideologiya sarıdan əhəmiyyət verməyin mənası yoxdur. Hərçənd bu böhtanların da məqsədyönlü olması barədə ehtimallar var. Bu üzdəniraq radikal deyəsən yenidən deputat olmaq eşqinə düşüb. Gələn ilin seçkilərinə hazırlaşmaq niyyətindədir. Guya ki, buna səs verəcək insanlar seçki siyahısında yoxdur, bu səbəbdən seçkilər saxta keçirilir. O, yaxşı bilir ki, xalq ona səs verməyəcək və buna görə də indidən qarayaxma kampaniyasına başlayıb. Amma qara yaxa-yaxa hara qədər gedəcək, heç özü də bilmir. Buna görə də sosial şəbəkədə Əli Kərimliyə məsləhət görürlər ki, həqiqi müxalifət söyüş və böhtan kampaniyası yox, ideoloji mübarizə aparmalıdır. Bu məsləhəti əhalini, xüsusən də gəncləri AXCP-yə səsləyən radikala elə həmin gənclər verir. Çünki, onların mübarizə üsullarını və vasitələrini, habelə çirkin mənbələrini rədd edirlər.

N.NOVRUZ

Sizin Reklam Yeriniz