Əlaqə Arxiv
news Image
2019.08.22
09:00
| A A A
Ərdoğan Putinlə İdlibdə türk hərbçilərinə edilən hücumu müzakirə edəcək
Onlar məsələni telefon danışığı zamanı müzakirə edəcəklər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib bölgəsindəki türk hərbçilərinə endirilən hava zərbələrini Rusiya prezidenti Vladimir Putinlə müzakirə edəcək.

Movqe.az xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin müşaviri İbrahim Kalın bildirilib.

“Suriyadakı türk hərbçilərinə edilmiş hücumla əlaqədar danışıqları davam etdiririk və bu məsələ ilə bağlı mövqeyimizi Rusiya tərəfinə çatdırmışıq. Bundan əvvəl, bütün müşahidə postlarının təhlükəsizliyinin təmin olunmasına dair razılıq əldə olunub. Bunun belə olacağını gözləyirik. Yaxın gələcəkdə prezidentimiz bu barədə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq”.

O, Rusiya tərəfinə rəsmi Dəməşqə Türkiyənin müşahidə postlarına yeni hücumların qarşısını almaq məqsədi ilə təsir göstərməsi üçün çağırış edib. 

Sizin Reklam Yeriniz