Əlaqə Arxiv
news Image
2019.08.22
09:11
| A A A
Tramp ABŞ-da doğulanlara vətəndaşlıq verilməsi hüququnu ləğv etmək istəyir
Tramp ABŞ-da doğulanlara vətəndaşlıq verilməsi hüququnu ləğv etməyi düşünür

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlar ərazisində doğulan ölkə vətəndaşı olmayan və qeyri-qanuni mühacirət edən şəxslərin övladlarına avtomatik olaraq vətəndaşlıq verilməsini ləğv etmək istəyir.

Movqe.az xəbər verir ki, bu barədə RİA “Novosti” ABŞ liderinin çıxışına istinadən məlumat verib.

“Biz buna ciddi yanaşırıq ”-deyə o bildirib.

Qeyd edək ki, cari ilin 15 oktyabr tarixindən başlayaraq, özlərini təmin edə bilməyən şəxslər ABŞ-da daimi yaşayış və iş hüququ əldə edə bilməyəcək.

Ağ Ev qeyd edib ki, yeniliklər ABŞ vergi ödəyiciləri və həqiqətən dövlət yardımına ehtiyacı olan ölkə vətəndaşlarını qoruyacaq.

Sizin Reklam Yeriniz