Əlaqə Arxiv
news Image
2019.08.23
15:55
| A A A
Putin "Orta və yaxın mənzilli raketlərin ləğvi"nə dair müqavilə barədə bəyanatla çıxış edib

 

Rusiya prezidenti Vladimir Putin "Orta və yaxın mənzilli raketlərin ləğvi" haqqında müqavilə barədə bəyanatla çıxış edib.

Movqe.az APA-ya istinadən xəbər verir ki, Təhlükəsizlik Şurasının iclasında çıxış edən Vladimir Putin ABŞ-ın bir müddət əvvəl keçirdiyi raket sınağından danışıb.

O qeyd edib ki, Vaşinqton 500 km məsafədə hədəfi vuran raketi sınaqdan keçirib: "ABŞ avqutun 18-də yerüstü qanadlı raket sınağını həyata keçirib. ABŞ hərbi dairəsinin bəyanatına görə, raket 500 km-dən uzaq məsafədə hədəfi məhv edib. Bu, 1987-ci ildə imzalanmaış "Orta və yaxın mənzilli raketlərin ləğvi" haqqında müqaviləyə ziddir.

Bundan başqa, sınaqda MK-42 yerüstü universal raket qurğusundan istifadə olunması Rusiyanın hələ müqavilə qüvvədə olduğu zaman ABŞ-a qarşı iradlarının nə qədər əsaslı olduğunu bir daha təsdiqləyir.

Biz dəfərərlə qeyd etmişdik ki, amerikalılar tərəfindən bu cür qurğuların Rumıniyada Raket Hücumundan Müdafiə bazasında  - quruda yerləşdirilməsi, eləcə də Polşada yerləşdirilməsinin planlaşdırılması sözügedən müqavilənin birbaşa və kobudcasına pozulmasıdır.

Amerikalılar inadkarcasına inkar edirdilər ki, yerüstü universal MK 41 qurğuları guya dəniz özüllü "Tomahavk" qanadlı raketlərini buraxmaq qabiliyyətinə malik deyil. Lakin özləri artıq bu barədə bildiriblər, bunu inkar etmək mümkün deyil. İndi sual yaranır ki, Polşa və Rumıniyada nə yerləşdirəcəklər, hava hücumundan müdafiə sistemləri, yoxsa olduqca uzaq məsafədə hədəfi məhv etmək qabiliyyətinə malik raket kompleksləri?"

Rusiya prezidenti ABŞ-ın raketlərin ləğvi haqqında müqavilənin ləğvinin elanından 16 gün sonra yeni raketi sınaqdan keçirdiyinə diqqət çəkib: "Məlumdur ki, bu improvizə deyil, əvvəlcədən planlaşdırılıb. Baş verənlər bizim narahatlığımızın nə qədər əsaslı olduğunun təsdiqidir. Rusiyanın ABŞ-ın "Orta və yaxın mənzilli raketlərin ləğvi" haqqında müqaviləyə əsasən qadağan olunmuş silahlar yaratması barədə çoxdan məlumatı vardı. Bu barədə tərəfdaşlarımıza dəfələrlə bildirmişdik".

Sizin Reklam Yeriniz