Əlaqə Arxiv
news Image
2019.08.25
13:05
| A A A
Türkiyə HHQ İraqın şimalında 9 terrorçunu zərərsizləşdirib
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr İraqın şimalında yerləşən Haftanin rayonunda PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər. Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində deyilir. Məlumata əsasən, hava zərbələri nəticəsində 9 PKK terrorçusu zərərsizləşdirilib. Bundan əlavə, terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları məhv edilib. Xatırladaq ki, mayın 27-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda "Pənçə" (Pəncə) adı alan irimiqyaslı əməliyyata başlayıblar.
Sizin Reklam Yeriniz