Əlaqə Arxiv
news Image
2019.09.11
09:09
| A A A
Rusiyadakı erməni diasporu Paşinyan iqtidarından üz döndərir
Məhəmməd Əsədullazadə: “Baş verənlər fonunda Ermənsitanda demoqrafiq, iqtisadi və sosial problemlər daha da ağırlaşacaq”

Qərbpərəst Nikol Paşinyan hökumətinin yürütdüyü siyasət fonunda İrəvanla Moskva arasında münasibətlər pisləşməkdə davam edir. Bu fonda da Rusiyanın Ermənistan hakimiyyətinə təzyiqləri artır. Daxildə bu təzyiqlər hələ də orduya nəzarət edən və böyük maliyyəyə malik “Qarabağ klanı” vasitəsilə həyata keçirilir.

Düzdür, hələlik sözügedən klan Paşinyan rejiminə ciddi təpki göstərə bilmir. Bununla belə, Paşinyanın cəmiyyət daxilində mövqelərinin zəifləməsilə ona rəqib qüvvələr də güclənməyə başlayır. Xaricdə isə göründüyü kimi, başqa ölkələrdə yaşayan erməni diasporу hazırkı iqtidara qarşı çıxmağa başlayıb. Bu hal özünü xüsusən də Rusiyada göstərir. Belə ki, Moskva-İrəvan münasibətlərinin pisləşməsi fonunda Rusiyadakı erməni diasporu tədricən Paşinyan iqtidarından üz döndərir. Buna səbəb nədir və belə vəziyyət Ermənistan üçün nə vəd edir?

Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Rusiyadakı erməni diasporunun Paşinyandan üz döndərməsinin kökündə Moskvanın işğalçı ölkədə vəziyyəti öz xeyrinə dəyişmək cəhdləri dayanır: “Ermənistanda Paşinyanın hakimiyyətə gəlməsinə bildiyiniz kimi, Moskvada Qərbin layihəsi kimi baxdılar. Həqiqətən də, Paşinyanın iqtidara gətirilməsi Qərbin layihəsi idi. Burada xüsusilə də ABŞ rol oynayırdı.

Təbii ki, Kreml ilk günlərdən başlayaraq Paşinyan hakimiyyətinə qarşı mübarizədə Rusiyadan bu ölkəyə maliyyə axınının qarşısını almaq istiqamətini seçdi. Ermənistana da Rusiyadan həmin maliyyəni buradakı erməni diasporu göndərirdi. Erməni diasporu həqiqətən də şimal ölkəsində müəyyən dərəcədə siyasi və iqtisadi gücə malikdir. Hətta Ermənsitan dövlət büdcəsinin formalaşmasında da Rusiyadakı erməni diasporunun müəyyən rolu vardır. Belə bir vəziyyətdə Moskvanın da Paşinyana qarşı mübarizədə bu amildən yararlanacağı aydın idi. Rusiyanın qaz, enerji məsələsində Ermənistana qarşı pərdəarxası təzyiqləri də artır. Kremlin erməni diasporunun Ermənistana göndərdiyi maliyyə vəsaitlərilə bağlı təzyiqlər istiqamətində anoloji addımlar atacağı da gözlənilirdi. Həqiqətən də, görünən odur ki, Paşinyan iqtidarına qarşı çıxmaq üçün  Rusiyada olan erməni diasporu sıxışdırılır. Kreml bununla elə bir siyasət formalaşdırır ki, həmin diaspora vasitəsilə İrəvana axan maliyyə vəsaitinin həcmi azalsın və bu ölkə daxilində sosial, iqtisadi problemlərə yol açsın. Bu da öz növbəsində aydındır ki, daxili etirazları formalaşdırır. Nəticədə Paşinyanın dayaqları zəifləyə bilər. Çünki Rusiyadan gələn maliyyənin azalması xalqın ciddi etirazlarına səbəb olacaq. Belədə Moskvanın istədiyi şəkildə Paşinyanın sosial dayaqları zəifləyər. Moskva burada “Qarabağ klanı”na stavka edir. Belə бir fonda Paşinyanın daha bir neçə il hakimiyyətdə qalması sual altına düşür”.

Politoloq qeyd etdi ki, Paşinyan iqtidarının Qərb tərəfindən ciddi qəbul olunmaması da onun vəziyyətini ağırlaşdırır: “Onun hakimiyyəti ölkə üçün müsbət heç nə vəd etmir. Qərb tərəfindən də artıq ciddi qəbul olunmur. Aydın məsələdir ki, Paşinyanın Rusiyadan tam üz döndərib Qərbə üz tutması regiondakı ümumi mənzərəyə müsbət təsir edə bilər. Bu hal Moskvanın buradan sıxışdırılıb çıxarılması deməkdir. Təbii ki, buna imkan verməmək üçün də Rusiya Ermənistandakı daxili müxalifəti gücləndirir. Xüsusən də bir sıra generallar rus agenturasına bağlıdır. Belədə Rusiya hazırda pus  qusquda dayanıb. Çalışır ki, Ermənistanda hakimiyyətə qarşı narazılıq yaradıb, onu devirsin. Belə bir fonda Ermənistanda heç bir uğurlu inkişafdan söhbnət gedə bilməz. Paşinyanın bu istiqamətdə verdiyi vədlər də sadəcə populizmdir”.

Baş verənlər fonunda ekspertə görə, Ermənsitanda demoqrafiq, iqtisadi və sosial problemlər daha da ağırlaşacaq: “Bu da düşmən ölkədə sosial problemlərin ərşə çəkilməsilə nəticələnəcək. Belədə erməni xalqı növəbti seçkilərdə ola bilsin, Paşinyanı yol salsın”.

Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz