Əlaqə Arxiv
news Image
2019.09.11
16:42
| A A A
Bakılı Aleksandr Beqlov Sankt-Peterburqun, Andrey Vladimiroviç Çibis Murmanskının Qubernatoru seçiliblər. Təbrik edirik!

Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermə zamanı ciddi qanun pozuntuları qeydə alınmayıb. Sankt-Peterburqda Aleksandr Beqlov səslərin 64,56 faizini toplayaraq qubernator seçilib. Xatırladaq ki, Aleksandr Beqlov həmyerlimizdir. 1956-cı ildə Bakıda doğulub, orta təhsilini də Azərbaycan paytaxtında alıb.

Saxalin vilayəti, Zabaykalye diyarı, Altay Respublikası, Kalmıkiya, Kursk vilayəti, Lipetsk vilayəti, Kurqan vilayəti, Stavropol diyarı, Orenburq vilayəti, Çelyabensk vilayəti, Həştərxan vilayəti, Volqoqrad vilayəti, Murmansk, İnquşetiya Respublikası və Başqırdıstanda da qubernator və respublika başçılarının seçkiləri keçirilib.
Sentyabrın 8-də Moskva Dövlət Dumasına, Xabarovsk, Sevastopol qanunvericilik orqanlarına seçkilər baş tutub. Bundan əlavə, bir sıra şəhərlərin meri seçilib.
Vahid seçkilər günü Dövlət Dumasına birmandatlı dairələr üzrə təkrar seçkilər olub.
Rusiya Prezidenti Vladimir Putin Rusiya Elmlər Akademiyasında yaradılmış seçki məntəqəsində Moskva Dövlət Dumasına seçkilərdə səs verib.
Rusiya Federasiyasının 85 bölgəsində vahid səsvermə günü başa çatıb. Ümumilikdə ölkə üzrə müxtəlif səviyyələrdə 5 mindən çox yerlərə, o cümlədən 13 qanunverici məclisə seçkilər keçirilib. Əslən Naxçıvanın Şərur rayonundan olan RF  Murmansk vilayətindəki “Azərbaycan Mədəniyyət Mərkəzi” ictimai təşkilatının sədr müavini Hüseynəli Qurban oğlu Hüseynov (
https://www.facebook.com/100023508983303/videos/490618038398491/?id=100023508983303&__tn__=%2CdlC-R-R&eid=ARByW9epZ56bf75-GmKxHrRRUgw-VBEBqoPWXAygkVqYVfEAObcHaC1ddoi_Kx2kFx-3rZjeDgJKvPE8&hc_ref=ARQbBnJLrvP6Bqk07Jlq-3WEJBICETW3Cq-ZPuMR_pQ9ubmwGdX57MIfZdTT31TnhCw) 
brifinqdə bildirib ki, Murmansk vilayətinin Qubernatorluğuna namizəd Andrey Vladimiroviç Çibis səsçoxluğu qazanaraq  Qubernatorluğuna namizədlikdən Quybernator vəzifəsinə seçilib .Bu yaxınlarda  Murmansk vilayətinin Qubernatorluğuna "Vahid Rusiya" partiyasından qələbə qazanmış namizədi Andrey Vladimiroviç Çibisin inoqrasiyası keçiriləcək. Ənənə üzrə şəhərin “Azərbaycan Mədəniyyət Mərkəzi” ictimai təşkilatının üzvləri səsvermədə nümunəvi  iştirakına görə    fəalllardan bir neçəsi dəvət ediləcəklər.
Əlihüseyn Şükürov.

Sizin Reklam Yeriniz