Əlaqə Arxiv
news Image
2019.09.12
08:50
| A A A
Terrorla mübarizə sözlə deyil, işlə sübut olunur
İri dövlətlərin öz geosiyasi maraqları naminə pozucu qüvvələrlə əməkdaşlıq etməsi sabitliyi pozan ən təsirli vasitədir

Bu gün dünya ölkələri terroçu qrupların törətdiyi partlayışlardan ciddi narahatlıq keçirir. Bir neçə yaxud onlarla, yüzlərlə qatilin birləşdiyi terrorçu qrupların əməlləri hər gün minlərlə insan həyatının itirilməsinə səbəb olur. Belə olan təqdirdə, bıs, ordu halında qurulan və supergüc dövlət tərəfindən silahlandırılan terrorçu dəstələrinə nə deyəsən? Deyir, “arxalı köpək qurd basar”. Terrorun kökünü kəsməyə başlıca amil də məhz bu məsələdir.

Bir neçə gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın ticarət naziri Uilbur Rossun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə kəskinliklə deyib: “ABŞ-ın keçmiş prezidenti Barak Obamanın vaxtında “gəlin, təhlükəsiz bölgə yaradaq” təklifini irəli sürdüm. Təəssüf ki, bu təklifimə qarşılıq verilmədiyi üçün reallaşdıra bilmədik. Özü də Obamanın bu məsələyə müsbət yanaşdığı halda təhlükəsiz bölgə yarada bilmədik. Donald Tramp da məsələyə müsbət yanaşdı. Onda vaxt itirmədən bunu həll etməyimiz lazımdır. Bunu həll etdiymiz zaman terror qruplaşmalarına qarşı mübarizəmiz də asanlaşacaq. Qaçqınların nizamsız şəkildə köçünün də qarşısını alacağıq. Hazırda təhlükəsiz bölgənin qurulması istiqamətində fəaliyyətə başlamışıq. ABŞ-ın terrora qarşı mübarizədə və qaçqınların sağ-salamat evə dönmələri üçün təhlükəsiz bölgə yaratmağımızda yanımızda olmasını gözləyirik. Eyni zamanda ABŞ-ın 50 mindən artıq TIR-la Suriyadakı terrorçulara silah-sursat göndərməsi bizi ciddi şəkildə narahat edir. Bu yük avtomobillərindəki silah-sursat kimə qarşı istifadə edilir? Türkiyəyə qarşı. Strateji olaraq, bunu qəbul etməyimiz isə mümkün deyil”.

Birləşmiş Ştatların terroru dəstəkləməsi və ümumiyyətlə özünə lazım olanda belə qrupların yaradılmasında fəal iştirakıə təzə məsələ deyil. Hələ 2016-cı ildə Suriya “bataqlığı”nda tüğyan edən terrorçu PYD dəstələrinə qarşı təmizləmə həyatı keçirən Türkiyədən bu fəaliyyəti dayandırmaq tələb olunmuşdu. Çünki, amerikalılar terror təşkilatı PKK-nın Suriya qolu PYD-yə hərtərəfli yardım edir və bu iş indiyə qədər davam edir. Qeyd edək ki, bir neçə gün bundan öncə, ABŞ Milli Terrorla Mübarizə Mərkəzi (NCTC) 2014-ci ildə PYD/YPG-ni terror siyahısına salsa da, 2015-ci ildə bu terrorçu təşkilatı terror siyahısından çıxardıb.

Bir sıra digər ölkələr də ABŞ-ı terroru dəstəkləməkdə günahlandırıb. Suriya xarici işlər nazirinin müavini Feysal Mikdad 2016-cı ildə Dəməşqdə keçirdiyi mətbuat konfransında ABŞ-ı terroru dəstəkləməkdə günahlandırıb. F.Mikdad Suriyanın bəzi rayonlarını terrorçulardan azad edərkən onların hərbi bazalarında “Federal Laboratories” şirkətinə məxsus hərbi sursatlar, Böyük Britaniyanın “Cherming Defence UK” və ABŞ-ın “NonLethal Technologies” şirkətlərinə məxsus zəhərləyici maddələr aşkar edilib. Mikdad onu da qeyd etmişdi ki, Hələb şəhəri terrorçulardan təmizlənən zaman şəhərdə eyni şirkətlərə məxsus silahlar aşkar edilib: “ABŞ-ın terroru dəstəklədiyini göstərən xeyli sübut var”.

Ərdoğan bir müddət əvvəl amerikalıların sabitliyi pozan qüvvələrlə əməkdaşlıq etdiyini bildirmişdi. O, koalisiya qüvvələrinin İŞİD-lə mübarizəyə dair öhdəliklərini icra etmədiyini bildirmişdi: “Koalisiya qüvvələri “İŞİD-ə qarşı sonuna qədər mübarizə aparacağıq” deyirdi. Hətta bizi İŞİD-ə dəstək verməkdə ittiham edirdilər. İndi isə hamısı yoxa çıxıb. Hətta bunlar İŞİD də daxil olmaqla, YPG, PYD-yə dəstək verirlər. Bu faktlar hamısı foto və video ilə əlimizdədir”. Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Aleksey Puşkov isə Tvitter hesabında ABŞ haqda deyilənləri dəstəklədiyini yazmışdı. Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi fikirlər həqiqətdir:  “Ərdoğan haqlıdır: ABŞ-ın terroru dəstəklədiyini göstərən xeyli sübut var. Dövlət departamentinin bu vəziyyəti ört-basdır etmək cəhdləri isə uğursuzdur”.

Göründüyü kimi, Qərbin ikili standarları bütün cəbhələrdə və bütün ölkələrə qarşı tətbiq edilir. Yəni, qərb ölkələrinin siyasəti ikili standartlar üzərində qurulub və buna görə də Fransa prezidenti Emmanuel Makronun etiraf etdiyi kimi artıq dünyada hökmranlığını itirib. Çünki, ölkələr bu siyasəti ifşa edib və həqiqət ortaya çıxandan sonra ABŞ və müttəfiqlərinə inam sarsılıb. Yaxın Şərq probleminin uzun illərdir ki, davam etməsinin başlıca amillərindən biri də budur.

Qərbin yarıtmaz fəaliyyəti dünyada daha etibarlı güc mərkəzinin yaranmasını ehtiva edir. Bu yolda bir neçə ölkə ciddi səy göstərir ki, onlardan biri də dünyanın ən qaynar bölgəsində yerləşən Türkiyədir. Qardaş ölkə regionda elə bir geosiyasi fəaliyyət dairəsi yoxdur ki, orada söz sahibi olmasın. Çünki, Türkiyənin siyasəti region xalqları tərəfoindən geniş şəkildə dəstəklənir.

N.NOVRUZ

Sizin Reklam Yeriniz