Əlaqə Arxiv
news Image
2019.09.13
07:50
| A A A
Əli Kərimlinin dağıdıcı taktikası müxalifətin bəlasına çevrilib
Müxalifətdə AXCP-nin dağıdıcı rolu göz önündədir

Hər bir ictimai hərəkatın və ya müxalifliyin başlanğıcında pərakəndəliyin olması normal haldır. Çünki, təcrübə çatışmazlığı, atılan ilk addımlar, cəmiyyətdə baş verən dəyişikliklərə əlahiddə reaksiyanın zəruriliyi və bir çox digər səbəblər bu ehtimalı konservləşdirir. Lakin indi bizim cəmiyyətin müxalif düşərgəsində baş verənlər belə bir faktı ortaya çıxarır ki, arada destruktiv qüvvələr var və uzun illərdir ki, bu qüvvələr müxalifəti içəridən didib dağıdır. Bu, mənəmlik iddiası və hər kəsin ümumi axında özünü birinci yerdə görməsindən irəli gəlir. Yəni, müxalifət yaradanlar yalnız özlərini düşünür və ümumxalq işinə töhfə vermək fikrindən uzaqdırlar. Bu mənada Əli Kərimlinin başçılıq etdiyi AXCP destruktivliyin önündə addımlayır.

Azərbaycanda müxalifətin yaranması tarixi çox da qədim deyil və bu hadisələrin şahidləri yaxşı bilirlər ki, bu gün döşlərinə döyən müxalifət liderləri meydana hansı yollarla gəliblər. Əli Kərimli meydana girəndə o çox gənc idi və onun hər hansı siyasi liderlik missiyası və təcrübəsi yox idi. Amma qəribədir ki, bu gənci meydana bir qrup adam əllərində nimçə kimi gətirmişdilər. Yəni, onun ortaya çıxması hansısa pərdəarxası qüvvələrin fəaliyyətinin nəticəsi idi. Elə buna görə də ilk gündən ambisiyaları böyük idi. Aradan 30 il keçməsinə baxmayaraq həmin ambisiyalar dəyişməz olaraq qalır.

Bu gün müxalifət düşərgəsinə az-çox bələd olan, yəni mətbuatdan və ya baş verən gündəlik hadisələri izlədiyimiz cəmiyyətimizdə kim Əli Kərimlinin müxalifət lideri olduğunu təsdiqləyə bilər? Təbii ki, heç kim. Çünki, bu adam dəfələrlə müəyyən çağırışlar etsə də onun səsinə hay verən özünün ətrafında olan məhdud qrup üzvləri olub. Belə vəziyyətdən nəticə çıxarıb gənclərə meydan verməkdənsə AXCP öz sədrinin taktikasına uyğun olaraq yeni doğulan ideyaları beşikdəcə boğur və meydanda özündən başqa heç kimi görmək istəmir. Halbuki, indi Azərbaycanda xaricdə təhsil almış, kifayət qədər siyasi təcrübəyə və intellektual səviyyəyə malik konstruktiv təxəyyüllü gənclər ordusu var. Bu gənclər inkişafı, тякамцл mübarizə yollarını seçir və öz fəaliyyətləri ilə cəmiyyətin inkişafına dəstək verirlər. Təbii ki, gələcək karyeralarında hakimiyyətə gəlmək qərarları da var. Ancaq fəaliyyət siyasi mübarizə amilləri ilə yanaşı dövlətçiliyi inkişaf etdirmək yolunu da ehtiva edir.  

Təsadüfi deyil ki, bu günlərdə hakim partiyanın təşəbbüsü ilə keçirilən iqtidar və müxalifətin “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda keçirilən dəyirmi masaya Əli Kərimli və dəstəsi iştirak etməyib. Bunun səbəbləri barədə Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı jurnalistlərə açıqlamasında bildirib ki, Əli Kərimli siyasi mühacir müxalifəti adlandırılanların yanında yer aldığı üçün tədbirə dəvət edilməyib: “Baxın, mühacirlər ayrı-ayrı şəxsləri təhqir edirlər. Əli Kərimlinin maliyyələşdirdiyi şəxslər də həmin prosesi davam etdirirlər. Bu söyüşlər təkcə iqtidara qarşı deyil. Əli Kərimlinin dəstəsi Müsavat, REAL və digər partiyalara da cəbhə açıb. Hansı partiya istəyir ki, müxalifətdə fəallaşsın, Əli Kərimlinin dəstəsi onu mənəvi terrora, təhqirə məruz qoyur. Bu şəxslərlə Avropadakı söyüş söyənlərin bağlılığı varmı? Mənə elə gəlir ki, var. Ona görə də, mənəviyyatıma sığdırıb o cür insanı tədbirə dəvət etmədim. Tədbirin təşkilatçısı kimi Əli Kərimlini tədbirə dəvət etməməyə hüququm çatır”.

AXCP sədrinin siyasi məkanda formalaşmış imici budur. Onun nihilist mövqeyi insanları təngə gətirib və daha onu sıralarında görmək istəmirlər. Ə.Kərimli gənc olanda yaşlıların əleyhinə çıxırdı indi də yaşlanıb gənclərin irəli çıxmasına imkan vermək istəmir. Onun fəaliyyəti yalnız dağıtmağa yönəlib. Mühacirlərlə oturub-durması isə məşğul olduğu mühacir biznesi ilə bağlıdır. Bu şəbəkə hamıya qara yaxmaqla əhali arasında narazılar dəstəsini genişləndirmək və biznesləri üçün, necə deyərlər, “xammal mənbəyini” çoxaltmaqdır. Görünür, bu zümrənin siyasi dialoqa dəvət edilməməsinin bir səbəbi də bununla əlaqədardır.

İndi Əli Kərimli sosial şəbəkələrdə dad döyür ki, o, “bir həsirdir, bir Məmmədnəsir”. Amma unudur ki, onun ən yaxın qohum-əqrabasının bir neçə il bundan əvvəl qısa müddətdə banklardan çıxardıqları 8 milyon manatın hara xərclənməsini aparılan istintaq da müəyyənləşdirə bilməyib. Yəni, döşunə döymək və ya özünü kasıblığa vurmaqla deyil, kimin nə etdiyini xalq və hüquq-mühafizə orqanları yaxşı bilir. Necə ki, müxalifətdə AXCP-nin dağıdıcı rolu göz önündədir.

N.NOVRUZ 

Sizin Reklam Yeriniz