news Image
2019.09.13
10:24
| A A A
Xələf Xələfov: "Azərbaycan-Gürcüstan sərhədinin demarkasiyası üzrə ekspert görüşü sentyabrın sonlarında keçiriləcək"

"Azərbaycan-Gürcüstan sərhədinin demarkasiyası istiqamətində proseslər davam edir. Əraziyə baxış keçirməli və müvafiq sənədləri bir daha nəzərdən keçirməli, lazım olduğu təqdirdə digər arxiv materiallarına da müraciət etməli olan ekspertlərin görüşünün birinci mərhələsi davam edir. İlk mərhələdə razılaşdırılmamış məkanların yarısını tamamlamışıq".

Bunu Movqe.az-a Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

Diplomatın sözlərinə görə, Azərbaycan və Gürcüstan ekspertlərinin görüşünün ikinci mərhələsi sentyabrın sonlarında keçiriləcək.

"Ekspert işinin nəticələrinə əsasən, Tbilisidə keçiriləcək növbəti görüş barədə qərar verəcəyik", - Xarici İşlər nazirinin müavini bildirib.