Əlaqə Arxiv
news Image
2019.09.17
08:34
| A A A
İkili standartlar bəşəriyyəti məhvə sürükləyir
Qərbin, başqa sözlə supergüclərin dünyanı idarə etmək arzusu birtərəfli addımlardan, tərəfkeşlikdən və haqsızlıqdan qaynaqlanır

İkili syandartlara söykənən siyasət beynəlxalq arenada təzə məsələ deyil. Yer kürəsində şüurlu həyat bərqərar olandan bu tryukdan istifadə edilib. Amma bütün dövrlərdə və indinin özündə də ikili standartlar nifaqa, ədalətsizliyə, son nəticədə cəmiyyətlərin məhvinə işləyib. Düzdür, bu termin ilk dəfə təxminən 200 il əvvəl ingilis dilində “işıq üzü” görüb. Lakin bu, sadəcə, artıq ikili standarlardan “boğaza yığılmış” cəmiyyətlərin bu məsələnin tədqiqatına başlanılması ilə əlaqədardır. Və hər bir dövlətin xarici siyasət kursu baş verən hadisələrə haqq-ədalət çərçivəsində yox, özlərinə sərf edən rakursdan qiymət verirlər. Hətta burada söhbət sırf mənafedən getmir. Bəzən, sadəcə, şəxsi rəğbət, dini mənsubiyyət, gen qohumluğu və sairə subyektiv amillər də rol oynayır. Ən pis hallarda tarixi revanşizm meydana çıxır ki, bunun və digər ikiüzlülüklərin axırı ciddi insan tələfatlarına yol açır.

İngilis dilində Oksford lüğətində ikili standartlara lakonik tərif verilir: “İkili standartlar birinə nisbətən digərinə (və ya özünə) daha ciddi tətbiq edilən qayda və ya prinsipdir”. Bu, nəzəri mülahizədir. Praktikada bu yanaşmanın tipləri çox müxtəlifdir və hər bir konkret hadisəyə münasibət fərqlidir. İndi Qərb ölkələrində insan hüquq və azadlıqları, beynəlxalq hüquq normaları, millətlərin öz müqəddəratlarını təyin etməsi və sairə haqda çox danışılır. Amma bunlar sözdə ümumi konteksdə deyilsə də, işdə hamı üçün tələb olunmur və insanlarıın, dövlətlərin özlərinin yığışıb qəbul etdikləri sənədlərin müddəaları hər dəfə bir cür yozulur.

İkili standarların qurbanları çox ölkələr olub və bu gün bizim ölkə də bu cür davranışdan ciddi əziyyət çəkir. Təbii ki, ilk növbədə Qarabağ münaqişəsinə olan yanaşma ilə bahəm ölkəmizin ictimai-siyasi və iqtisadi inkişafı yolunda da bu cür siyasətin törətdiyi çətinliklər xalqımızın, dövlətimizin həyatına böyük çətinliklər gətirir. Bu bir faktdır ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib. Həm də bu işğalda başda Rusiya olmaqla bir çoz qərb dövlətləri bilvasitə iştirak edib. Bütün dünya ölkələrində gözəl bilirlər ki, təkbətək savaşda ermənilər heç vaxt azərbaycanlılara qalib gələ bilməzlər. Amma torpağımızı alıb veriblər ermənilərə. Azərbaycanlı alimlər dəfələrlə elmi məclislərdə avropalı siyasətçilərə sübut ediblər ki, Qarabağ Azərbaycan torpağıdır və nəinki orada, heç Cənubi Qafqazda heç vaxt erməni dövləri və ya müxtariyyəti molmayıb. Ermənilərin bu regionda dövlət qurmaları ən yeni tarixdə birbaşa Rusiyanın təşkilatçılığı ilə baş verib. Üstəlik, supergüclərin başda oturduqları BMT kimi nüfuzlu beynəlxalq təşkilatın erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxmaları barədə 4 qətnaməsi var. Dağlıq Qarabağı Ermənistan silahlı qüvvələri işğal edəndə Xocalıda soyqırımı törədiblər. Bunu sübut edən kifayət qədər faktlar vardır. Bu faktlar hadisənin mahiyyətini açan dəlillər kimi qəbul edilsə, soyqırım qərarı avtomatik qəbul edilir. Lakin supergüclər, qərb dövlətləri və bir sıra beynəlxalq təşkilatlar faktı müxtəlif kontekstlərizah edərək istiqaməti başqa məcraya yönəldirlər. Bununla da azərbaycanlıların soyqırımına haqq qazandırmış olurlar. Halbuki, gecə-gündüz soyqırımı əleyhinə bəlağətli nitqlər söyləməkdən çəkinmirlər.

İşğalçıların Qarabağ ərazisində yaratdıqları qondarma quruma münasibət də bu formada aparılır. Sözdə dövlət rəsmiləri bildirirlər ki, bu qurumun legitimliyini tanımırlar. İşdə isə onların yaşaması və müstəqil fəaliyyətlərini yəmin etmələri isə hərtərəfli yardım göstərirlər. Bu yaxınlarda Fransadan deputatların Azərbaycanın işğal edilmiş ərazisinə qanunsuz səfər edənlərlə əlaqədar Azərbaycan bu ölkəyə nota verib. Bundan sonra “Azərbaycanın dostları” cəmiyyətinin sədri olan digər bir deputat öz parlament yoldaşlarının bu addımını pisləyən bəyanat yayıb. Bu, açıq aşkar Azərbaycanın “gözünə kül üfürməkdir”. Deputatlar “öz arzuları ilə gediblər, rəsmi dəfə deyil” damğası vurulsa da, işdə onların məqsədlərini həyata keçiriblər və separatçılarla əlbir olduqlarını ortaya qoyublar. Əgər bir deputatın fəaliyyətinə dövlət nəzarət edə bilmirsə, yaxud bunu istəmirsə, onda pisləməyin nə mənası var. Əslində, bu siyasətdə kompensasiya yolu ilə baş aldatmaqdan başqa bir şey deyil. Yəni, aşkar şəkildə Fransa ermənilərin işğalçılıq siyasətinə göz yumur və MQ-nin üzvü olmaq etibarı ilə bu hal ona qarşı etimadsızlıq mühiti yaradır.

Yaxud, uzun illərdir Avropa qurumları Azərbaycanda insan haqlarının qorunması, etnik qrupların cəmiyyətdəki yeri, siyasi məhbus problemi və sairə bu kimi məsələləri əllərində böyüdücü şüşə təhqiq edir, qərar verir, tənqid atəşinə tuturlar. Fikir verin, Ermənistanda, Gürcüstanda və digər ölkələrdə yaşayan azərbaycanlıların hüquqları bu qurumların heç yadına düşmür. Ümumiyyətlə, ermənilərdən soruşan yoxdur ki, vaxtilə İrəvanın əhalisinin 95 faizini təşkil edən, Ermənistanda isə, ümumilikdə, yaşayan 500 min azərbaycanlı hara yoxa çıxıb. Amma Azərbaycanın elə bir künc-bucağı qalmayıb ki, orada etnik qrupların vəziyyəti ev-ev öyrənilməsin. Vay o günə ki, bu qrupların hansısa üzvü kimdənsə narazılıq bildirsin və dərhal bunu “Azərbaycanda etnik qrupların hüquqları kobud şəkildə pozulur” şəklində qeyd edib aləmə car çəkirlər. Məhz, belə ikili münasibətlərin nəticəsidir ki, Azərbaycan Avropa İttifaqı ilə bağlanacaq “Tərəfdaşlıq sazişi” üzrə ona təqdim olunan sənədi öz variantında irəli sürdü və onun qəbul edilməsinə nail oldu. Bu addımı Azərbaycan ona görə ata bildi ki, sürətli inkişaf yolundadır və güc-qüdrəti, beynəlxalq nüfuzu buna imkan verir. Ancaq hər bir dövlət bu addımı ata bilmir. Nəticədə, haqq-ədalət pozulur və beynəlxalq nifaq dərinləşir.

Bu yaxınlarda Fransa prezidenti Emmanuel Makron bildirib ki, Qərb artıq hökmranlıq iddialarını gerçəkləşdirə bilmir. Bu, inkişaf edən ölkələrin ikili standartlara qarşı apardıqları mübarizənin nəticəsidir. Türkiyə, Azərbaycan bu ölkələrin önündə addımıayır. Eləcə də Qarabağ münaqişəsinin həllində Azərbaycanın səyi ilə Qərb ölkələrinin təşkil və iştirak etdikləri ali məclislərdə haqqa söykənən qərarlar qəbul edilib. Bu, artıq Ermənistanın işğalçılıq siyasətinə vurulan ciddi zərbədir. Məhz, bu və digər aspektdə aparılan mübarizə Qərbin ikiüzlü siyasəti üzərində yeni qələbələri təmin etməklə cəmiyyətləri məhv olmaqdan xilas edə bilər.

N.NOVRUZ

Sizin Reklam Yeriniz