Əlaqə Arxiv
news Image
2019.09.17
08:55
| A A A
Müxalifətin daha bir mənasız mitinqi
Radikalların məqsədi yalançı hay-küylə özlərini gündəmdə saxlamaqdır

AXCP sədri Əli Kərimlinin cəmiyyətə ötürdüyü anonsdan nbelə məlum olur ki, Demokratik Qüvvələrin Milli Şurası sentyabrın 28-nə mitinq təyin edib. Çox gurultulu səslənir. Gюrəsən, bu adamlar cəmiyyət həyatına hansı konteksdən yanaşırlar ki, özlərini demokratik qüvvə sayırlar. İndi belə çıxır ki, kim Milli Şuranın üzvüdürsə, demokratikdir, üzv deyilsə, onda антидемократ? Bəs o biri müxaliflər, axı, onların çoxu Mülli Şuraya üzv yazılmayıb və yaxud əvvəl yazılıb, sonradan isə mokratiya problemi sarıdan oranı tərk ediblər. Hər nə isə, bunların demokratiya söhbəti problemli məsələdir. Elə bu səbəbə görədir ki, mitinq qərarı da Əli Kərimli demokratiyasının səciyyəvi daşıyıcısıdır. Belə ki, mitinqin keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə göndərilən xəbərdarlıq məktubunda müxtəlif məkanın adı çəkilməklə 3 yer təklif olunub: 28 May metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov adına stadionun girişindəki meydan və Nərimanov parkının qarşısındakı meydan. Və yeri gəlmişkən sentyabrın 28-i şənbə gününə düşür. Həmin gün isə istirahət günü olduğundan əhali alış-verişə çıxır, parklar, meydanlar əhalinin gur olduğu yerlərə çevrilir. İşdir, Milli Şura mitinqi keçirməyə nail olsa, təbliğat aparmağa ehtiyac qalmayacaq, onsuz da adı çəkilən meydanlarda qələbəlikmolacaq və müxalifət də elan edəcək ki, “möhtəşəm mitinq” keçirtdik.

Mitinqin mövzusu da müəyyənləşdirilib. Bu мювзулар Əli Kərimlinin sinəsini hava ilə doldurub pafosla boşaltdığı manera ilə ərz olunub. Olsun! Amma burada yenu bir şey yoxdur axı, əslində bütün bu məsələləri hökumət özü qaldırıb və əksəriyyətini həll etmək üzrədir. Daha bundan ötrü mitinq etməyin nə mənası var?! Yox, müxalifət bunları yaxşı bilir. Amma, onun başbilənlərinin ən yeni taktikası bunu tələb edir. Mitinq edib hökumətin gördüyü işləri bir daha tələb etmək, iş həll olunandan sonra da sinəsinə döyüb “baxın, biz tələb etdik, hökumət qorxusundan yerinə yetirdi” demək, müxalifətin olmayan nüfuzunu yaratmaqdır.

Qarşıda bələdiyyə seçkiləri var. Görünür, radikallar seçkilərdə nümayəndələrini bələdiyyəyə yerləşdirmək arzusundadırlar. Yaxud da gələn il parlament seçkilərinə indidən yarış təşkil etmək niyyətinə düşüblər. Ancaq hansı qabiliyyətlə, bu qaranlıqdır. Qara-qışqırıqla seçilmək olmur. Bir tərəfdən AXCP  ReAl partiyası ilə konfliktə gedir ki, siz niyə seçkilərdə iştirak etmək istəyirsiniz? O biri tərəfdən mitinq edib islahatlar tələb edir. Məsələ burasındadır ki, ölkənin siyasi rəhbərliyi və Milli Məclis vaxtaşırı vaxtı çatmış məsələlərlə əlaqədar islahatlar həyata keçirir. Seçki məcəlləsinə də zəruri dəyişikliklərin edilməsi daim diqqətdədir. Belə olan halda görülən işlərlə bağlı əlavə ajiotaj yaradılmasının mənası nədir? Aydın məsələdir: əhalidə çaşqınlıq yaradıb, seçkilərin normal keçirilməsinə mane olmaq.

Bu məsələdə daha bir nüans var. Müxalifət yaxşı bilir ki, öz yolu ilə gedən və sosial tələbat olmayan məsələləri pafosla meydanda təkrarlamağa ehtiyac yoxdur. Demək, mənasız mitinqə icazə verilməsi ehtimalı azdır. Bu isə müxalifətin sıxışdırılması yaxud ictimai asayışı pozub polis tərəfindən saxlanılmaqla biznes üçün “siyasi məhbus” problemi qaldırmaq artıq “B” planıdır, yəni, dırnaqarası demokratlar özlərinə məxsus “innovativ mitinq” planı hazırlayıblar. Belə planların isə fiaskoya uğraması daha realdır, nəinki həyata keçməsi.

N.NOVRUZ

Sizin Reklam Yeriniz